Modern.az

Baş Prokurorluqdan “ağcabədili manyak”la bağlı AÇIQLAMA: 54 yox, 2 nəfəri zorlayıb

Baş Prokurorluqdan “ağcabədili manyak”la bağlı AÇIQLAMA: 54 yox, 2 nəfəri zorlayıb

20 Noyabr 2014, 16:57

Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Ağcabədi Rayon Polis Şöbəsində  Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi üzrə təqsirləndirilən - 1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlunun 54 nəfəri zorlamasına dair yayılan xəbərləri təkzib edib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbər Eldar Sultanov Modern.az-a bildirib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.

“Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilir və bununla əlaqədar bildiririk ki, həmin cinayət işi üzrə 2 nəfər zərər çəkmiş şəxs qismində tanınmış, Əli Gülmalıyev isə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı