Modern.az

“Azərsu”da YAP-ın 22 illiyi qeyd olunub - FOTO

“Azərsu”da YAP-ın 22 illiyi qeyd olunub - FOTO

20 Noyabr 2014, 16:17

Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP  “Azərsu”ASC ərazi ilk təşkilatının sədr müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bu əlamətdar gün münasibətilə təbriklərini çatdırmış, partiyanın  yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə məlumat verib.

 “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov partiyanın  yaranma tarixinə nəzər salaraq qeyd etmişdir ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən  Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin  ictimai-siyasi həyatında fəal iştirak etmiş, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa  töhfələr verib: “Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti,   Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi  siyasət ölkəmizə böyük nüfuz qazandırmış, Azərbaycan regionun lider dövlətinə çevrilib.

Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olmuşdur. Bu sahədə işlərin məntiqi davamı olaraq dövlət başçısının paytaxt və bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri uğurla həyata keçirilməkdədir”.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışmış,  ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən bəhs edib: “Ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda siyasi partiyanın rolunu rəhbərə xas olan uzaqgörənliklə qiymətləndirərək 1992-ci il noyabrın 21-də yaradılmış Yeni Azərbaycan Partiyasının sədri olmaq məsuliyyətini üzərinə götürüb.

Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirmiş, ümumxalq partiyası olduğunu təsdiqləyib". Daha sonra təşkilati məsələlərə baxılmış, idarə heyəti yenidən formalaşdırılmış, Heydər Abbasov  “Azərsu”ASC ərazi ilk təşkilatının sədri, Günay Məmmədli və Qafar Mədətov sədr müavinləri seçiliblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?