Modern.az

Avropanın ən varlı aristokratlarından biri öldü - FOTOLAR

Avropanın ən varlı aristokratlarından biri öldü - FOTOLAR

Təhsil

20 Noyabr 2014, 17:39

İspaniyada “Cayetana” ləqəbi ilə tanınan 88 yaşlı Alba bir neçə gün öncə pnevmaniya dioqnozu ilə xəstəxanaya yerləşdirilsə də, həkimlər onda sağalma əlamətlərinin olmadığını aşkar edib. Modern.az xarici KİV- ə istinadən xəbər verir ki, 88 yaşlı Alba 3 il bundan qabaq nikaha girib. Belə ki,  2011-ci ildə özündən 25 yaş kiçik Diezlə evlənərkən xoşbəxt olduğunu deyib.

Alba 1926-cı ildə İspaniyada anadan olsa da, uşaqlığı Londonda keçib. Onun atası Böyük Britaniyada səfir olub və Uinston Çörçillə tez-tez bir yerdə nahar edib. 1947-ci ildə 21 yaşında ailə quran Alba 1972-ci ildə ikinci dəfə ərə gedib. Həyat yoldaşı 2001-ci ildə dünyasını dəyişib. Həmin il Diezlə evlənən Alba maraqlı rəqsi ilə toya dəvət olunanları heyrətləndirib.

Avropanın ən varlı aristokratlarından biri sayılan Alba 2,2 milyard sərvətə sahib olub. Əfsanəvi sarayların sahibi və əvəzsiz sənət əsərləri ilə tanınan dünyanın ən titullu adamı olan Alba Ginnesin Rekordlar Kitabına düşüb. O, bu günlərdə  sətəlcəmdən dünyasını dəyişib.



 

Namidə BİNGÖL  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı