Modern.az

Litva prezidenti Rusiyanı terrorçu dövlət adlandırdı

 Litva prezidenti Rusiyanı terrorçu dövlət adlandırdı

20 Noyabr 2014, 17:43


Litva prezidenti Dalya Qribauskayte bəyan edib ki, Rusiya təkcə Ukraynaya deyil, bütün Avropaya təhlükə törədir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, məhz bu amili nəzərə alan xanım prezident Rusiyanı Terrorçu dövlət adlandırıb: “Ukrayna bu gün bütün Avropa üçün, hamımız üçün sülh mübarizəsi aparır. Əgər bütün qonşuları üçün aqressiya mənbəyi olan terrorçu dövləti saxlamaq mümkün olmasa, onda aqressiya Avropaya, hətta daha geniş əraziyə gedib çıxacaq”.

Bundan əlavə, Qribauskayte Ukraynaya həm də hərbi kömək göstərməyə çağırıb.

Modrern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu