(bizim araşdırma)
Bir müddət öncə Bakı Appelyasiya Məhkəməsində deputat Hüeynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun törətdiyi səs-küylü qətl hadisəsi ilə bağlı məhkəmə işi baş tutdu. Faiq Qasımovun sədrliyi altındakı məhkəmə kollegiyası çətin suala – Azərbaycanın vəziyyətinə baxan Ramal Bayramovu qətlə yetirdiyinə görə ömürlük azadlıqdan məhrum edilən qatilin bu qədər ağır cəzaya layiq olub-olmamasına cavab tapılmalıdır.
Ətiacılığın dərəcəsi
“Eynən bu vəziyyədəki kimi” –deyə öz-özümə danışıram və kağızlarla örtülmüş məhkəmə işinin qovluğnu özümdən uzaqlaşdırarkən özümü bir fikirdə tuturam ki, bu jestimlə mən qovluqları deyil, kənar nəzərlərdən gizlədilmiş ağır pərdələri aralayıram. Bu haqda çox məqamı bilmədən biz də haqqin.az-da bu barədə danışırdıq. Və etiraf etmək lazımdır ki, bu haqda hamı kimi ətiacılıq edirdik.
Bəs necə?!
Belə qovrulmuş hadisə! Məşhur insanın və “Yeni Azərbaycan” partiyasının görkəmli funksionerinin qardaşı oğlu “Min bir gecə” restoranında sərxoş vəziyyətdə olarkən 1 güllə ilə adam öldürür. İnsanlar mızıldanırdılar ki, buna görə ona heç nə olan deyil.
Axı onlar - hakimiyyət sahibləri üçün qanun qanun deyil. Onlar üçün insan öldürmək qarışqa əzmək , milyonları oğurlamaq isə asqırmaq qədər asandır. Onlar həmişə sudan quru çıxacaqlar.

Hadisə belə təqdim olunurdu. Belə danışılırdı. Fərziyyə və uydurmalarla yüklənmiş hadisə ölkənin bütün əhalisinin dilində idi. Və sonra Bakı Ağır Cinayətlər Məhkəməsi atıcını ömürlük həbs cəzasına məhkum edəndə rahat nəfəs almağa başlayan insanlar, əvvəllər yalınz sözdə olduğnu iddia etdikləri “qanun hər kəs üçündür və arxasında avtoritetli şəxsin olmasına baxmayaraq heç bir cinayətkar ondan yayına bilməz” ifadəsinin əməldə də isbatlandığını bildirirdilər. Biz də belə fikirləşirdik. Lakin işin içinə bələd olduqdan, məhkum olunan şəxsi tanıyan onlarla şəxslə danışdıqdan və bu hadisəətrafında yaranan çirkin xəbərlərin hardan qaynaqlandığını öyrəndikdən sonra bizim fikrimiz bir xeyli dəyişdi, hətta deyərdim puç oldu.
Bununla yanaşı, barəsində danışdığımız Rəşad Mirələmovun günahsız olmasını da iddia edə bilmərik. Lakin onun ən ağır cəzaya – ömürlük azadlıqdan məhrumetmə cəzasına layid olmamasına 100% əminik.
Birmənalı və qəti.
Bir az qazmaq kifayət edir ki, qar topası kimi öldürücü və zəhərli ətiacılı şaiyələrdən yumalanan hadisə tamailə başqa cür görünsün.
Hər şey təqim olunduğu kimi eşidilmir və görülmürdü. Xalq arasında bütün varlıların və hakimiyyətdəki yüksək vəzifəli məmurların qanunlardan yuxarıda dayanmaları və məhkumedilməzlikləri barədə keçmişdən mövcud olan düşüncə də bu işdə öz mənfi rolunu oynadı. Və budur, növbəti dəfə məşhur soyad – Hüseynbala Mirələmov.
Özü də belə parlaq titullarla: Azərbaycan Mühəndis Akademiyasının müxbir üzvü, professor, yazıçı, üstəgəl Milli Məclisin deputatı.
İlkin vaxtlarda, tarixəqədərki dinozavr kimi ortaya çıxan şaiyə deputatın övladlarından birinin gündəlik işlərdən dincini almaq üçün restorana gəlmiş günahsız insanı güllələdiyini deyirdi. Axı hansı xalq öz uğurlu nümayəndələri barədəətiacı şaiyələr yaymır?
Hətta atəş açan əsl şəxsin – lənkəranlı əməkçi, 1-ci qrup əlil olan şəxsin oğlunun adı açıqlandıqdan sonra da zərərli şaiyələrin yayılma dərəcəsi demək olar ki, dəyişmədi.
Onlara əks fikir deyənləri lağa qoyan şəxslər “görərsiniz, həbsdən yayındıracaq”- deyə öz aləmlərində deyinirdilər. Cinayət yerindən qaçmış oğlanın bütün ölkə boyu tanınan dayısının (Hüseynbala Mirələmov) hüquq-mühafizə orqanlarının onu tutması üçün bütün işlərini ataraq, qohum-əqrəbalarını ayağa qaldırmasını qeyd edən olmadı.
Və qəribədir ki, insanı ağrılı yerindən incidən bu şaiyələr sanki bir yerdən ortaya atılırdı. Ən qəribəsi isə cinayət işinin necə baxılması və tədqiq olunması idi.
İlk olaraq aydın oldu ki, “Min bir gecə” restoranındakı qətllə bağlı prokurorluq 1 yox, 2 cinayət işi açıb. Daha doğrusu, əvvəlcə 1 cinayət işi olsa da, istintaqın sonuna yaxın onu 2 ayrı cinayət işinə bölüblər. 1-ci iş üzrə Rəşad Mirələmov zərərçəkmiş, 2-ci iş üzrə isə artıq “qəsdən adam öldürmədə” təqsirləndirilən şəxs kimi keçirdi.
Hörmətli oxucular, diqqət edin, özü də “tamah məqsədilə qəsdən adam öldürmə”.
Bu vəziyyətdə bizi eyni fakt üzrə açılan iki cinayət işinin istintaq tərəfindən araşdırılmaya götürülməsindəki qəribə və kifayət qədər davamlı zaman kəsiyinin olması o saat narahat etdi.
Əvvəlcə, həmin faciəvi insident Rəşad Mirələmovun amansız zorakılığa məruz qalmış obyekt olması rakursunda baxılırdı. Bunun üçünə istintaqın əlində fantaziyaya meylli insanların fərziyyə və uydurmaları deyil, əsaslı səbəblər var idi. Axı müstəntiqlər öz işlərində 2 əsas prinsipə - obyektiv və subyektiv faktorlara söykənirlər. Gəlin bu faktorlara bir göz ataq.
Obyektiv yanaşma. Birinci. Tibbi ekspertizanın rəyi
Bu rəydə ekspertlər aşağıdakını qeyd ediblər: Klinikamıza müraciət edən vətəndaş Rəşad Cavid oğlu Mirələmovun bədənində hərəkətedici küt vasitələrlə (ehtimal ki, əl və ayaqlarla) endirilmiş 30 zədə, o cümlədən ciddi xaraket daşıyan bir neçə xəsarət – diş itkisinə səbəb olan çənə zədəsi, döş qəfəsinin 5 və 6-cı qabırğalarında çat, sol qolun çıxması qeydə alınıb. Beyin silkələnməsinin əlamətləri var...”.
Hemotomların və sıyrıqların miqradını saymayacağıq.
İkinci. Trassologik ekspertizanın rəyi.
“İzyaradan obyekt aşağıdan yuxarıya yönəlmiş xarakterik izə malikdir. Bu isə çox böyük ehtimalla bizə deməyəəsas verir ki, atəş yarım uzanılı vəziyyətdən açılıb....”.
Üçüncü. Hadisə yerinə baxış
“Atəşin açıldığı istiqamət - taxta besedkanın kənarı zədənin konfiqurasiyasına əsasən onun üzərinə atılan Rəşad Mirələmov tərəfindən sındırılıb.
Dördüncü. “... zərərçəkmiş Mirələmovun alkoqol sərxoşluğu müəyyən olunmayıb”..
Beləliklə, atəş açan şəxsin reputasiyası respublikanın hüquq-mühafizə orqanlarına yaxşı tanış olan Ramal Bayramova o, çay içərkən səbəbsiz yerə güllələyəciyi həddə içkili deyildi. Ramal Bayramov bir neçə dəfə kriminal xəbərlərdə reketçi və bıçaqlaşma ilə nəticələnən kütləvi davaların təhrikçisi kimi təqdim olunmuşdu.
Və Ramal Bayramovun həbs olunduğu zaman tərtib olunan hər bir protokolda polis əməkdaşı hökmən onun polis nümayəndəsinə qarşı hörmətsizlik etməsini qeyd edən qeydlər aparıb.
Görünür, bu hörmətsizlik bütün təsəvvür olunan sərhədləri aşırdı. Ən maraqlısı isə başqa bir məqamdır. Hə, belə deyək, “polis ziyarəti”
Ramal Bayramov üçün heç bir məsuliyyətlə nəticələnmirdi. O, həmişə ordan dik başla və heç yerdə qeydiyyata salınmamış cəza ilə çıxırdı.
Razılaşın ki, qeyri-məhdud imkanlara malik hüquq-mühafizə orqanlarının əməkdaşları bəzi hallarda müəyyən səbəblər üzündən hansısa özbaşnalığa son qoya bilmirlər, yaxud son qoymaq istəmirlər. Bununla da onlar öz məsuliyyətlərini elə özlərinin səhlənkarlığını cızığından çıxmış qaba insana qanun çərçivəsindən kənar yolla cavab vermiş müdafiəsiz bir şəxsin üzərinə atırlar.
Və Rəşad Mirələmovla bağlı hadisəni də eyni qəbildən saymaq olardı. Lakin kiçik bir detal – baş verənlərin altını üstünə çevirən və hər kəsi hadisənin əks tərəfinə baxmağa vadar edən saxtakarlıq olmasaydı.
Yəni qanunun adından istifadə edərək qaranı ağ yazdırmaq istəyi. Məhz belə yazdırmaq və tətbiq etmək. Özü də nəyin bahasına olursa olsun. Bunu isə yalnız 2 halda etmək olar: öz düşüncəsinin səsini tıxamaq və vicdanının gözünü oymaqla. Əks halda çətin ki, bir şey alınsın. Çünki insan talelərini müəyyən edən ən təcrübəsiz hakim belə (sizi əmin edirəm ki, belələri yoxdur) ondan məhkum üçün ən ağır cəzanı verməsini tələb edən güclü əli görməyə bilməzdi.
Söhbət eyni hadisə ilə bağlı yuxarıda da qeyd etdiyimiz ikinci cinayət işi ilə bağlıdır. Həmin cinayət işinə görə isə Rəşad Mirələmov hədə yolu ilə (?!) zərərçəkmiş Zamin və Firdovsi Bağırovlardan pul tələb edərkən (?!), tamah məqsədilə (?!) qəsdən Ramal Bayramovu qətlə yetirib.
İkimənalı ləyaqət medalı
“Belə olmur” – deyə bağırın! Siz haqlı olacaqsınız. Formaca iki tərəfi olsa da, o mahiyyətcə yeganə və inkarolunmaz ləyaəqtin ifadəsidir. Yalnız ləyaqət! Yalnızca onun ve başqa heç nəyin. Biz isə bütün ölkələr üçün etalon olan heraldikanın aksiomatikliyini təkzib edə bildik. Və elə hiss olunurdu ki, o, sərəncamında olan normativ hüquqi aktlarının bütün hüquqi incəliklərini və hiyləgərliklərini bilən məhkəmə mantiyası geyinmiş, zahirən ağıllı kimi görünən adamlar tərəfindən təkzib edilmişdir.
Belə də ki, niyə “görünürdü”? Çünki, bu ağılın onun ifadə azadlığı ilə heç bir əlaqəsi yox idi. O əsarət altında idi. Ağılın əsarət altında olması – ağlın şərh və nəticələrinə öz iradəsini tətbiq etmək hüququna malik birisinin xeyrinə olamsı demək idi. Yəni ona nə lazım idisə, o ....
Əsassız iddaçı olmamaq üçün faktlara müraciət edək.
Və hər şeydən əvvəl R.Mirələmovun zərərcəkmiş tərəf kimi təqdim olunduğu 1-ci iş barədə.
İstintaqın onun verdiyi bu statusun xeyrinə obektiv və subyektiv sübutlar və şahid ifadələrindən ibarət inkarolunmaz materiallar silsiləsi daxil idi. Bütün faktlara baxılırdı. İlk növbədə isə onun faciə ilə nəticələnən bu hadisədən öncə, başqa bir cinayətə görə həbsxandan vaxtından əvvəl çıxması faktına. Biz də, hörmətli oxucular, Sizinlə birlikdə heç nəyi gizlətmədən və heç bir halda təhrifə yol vermədən müstəntiq və məhkəmə ilə birlikdə cinayət işi zəncirinin bütün halqalarını keçəcəyik. Bundan əlavə, istintaq və məhkmənin dindirməyi lazım bilmədiyi,yaxud bu dindirməni qabaqcadan qarşılarına qoyduqları məqsədin çərçivələrinə saldıqları kəslərlə danışacayıq.
Qeyd edirik, qarşılarına qoyduqları məqsədlər üçün.
Bu xüsusən, ”Min bir gecə” restoranındakı qətllə bağlı açılıan ikinci cinayət işində özünü aşkar göstərdi. Təbii ki. Rəşad Mirələmov heç bir şübhəsiz əsas günahkar təyin olundu. Bütün bunlar haqda aşağıda qeyd edəcəyik.
Dəyərli oxucular, biz sizinlə araşdırmamızı ilk mənbədən, Rəşad Mirələmovun doğulduğu və böyüdüyü Lənkərandan başlayacağıq.
Rəşadı məktəb illərindən tanıyan Ədəbiyyat müəlliməsi Dilbər xanımı dinləyək.
“O, uşağı xatırlayıram” – deyə sözə başlayır Dilbər xanım. “Bacarıqlı olsa da, bir az da qəribəilkləri də vari idi. Məhz o qəribəliklərlə də o mənim yaddaşımda qalıb. O sanki bizi əhatə edən reallıqdan kənarda yaşayırdı. Məncə, Rəşadın həyatı Amerika filmlərində dünyanı xilas edən və ədaləti bərpa edən qəhərmanların , bir də istismar olunan və darda qalan insanların naminə ağlasığmaz qəhrəmanlıqlar edən Robin Qud haqqında əfsanələrin təlqin etdiyi illüziyalardan ibarət idi. Yadıma gəlir ki, əzbər oxuduğu Robin Qud haqqında kitabları onun əlindən alrdım və müəllimlər otağına aparırdım. O isə gecə məktəbə girərək onları oğurlamışdı. Yeri gəlmişkən, öz əməlini heç vaxt inkar etmirdi. Qəribəsi o idi ki, Rəşad çılpaq səmimiyyəti ilə məni inandırmağa çalışdır ki, düz edib və əslində tədris etdiyimiz məktəb dərslikləri hər şeyi yalan deyir. Onlar yalnız ədalət haqqında boş-boş danışırlar, halbuki həyatda ədalət yoxdur. İncidilənləri heç kim müdafiə etmir. “Bunu mən edəcəm!”- deyə o mənim üzümə çığırdı. Onun bu dediklərinə güldüm. Axı uşaq idi. Amma tezliklə əmin oldum ki. o bunu ciddi deyir və illüziyalarla yaşayır. Sinif rəhbəri kimi onun əməlinə görə töhmət aldım, onu isə az qala məktəbdən xaric edəcəkdilər. Bu fövqəladə hadisə idi. Riyaziyyat müəllimi Tofiq müəllim mənim sinifimdə yoxlama işi yazdırırdı. Şagidrlərdən biri tapşırıq və məsələləri digər yoldaşından köçürmüşdü. Onların soyadını çəkmək istəmirəm. İndi onlar ailə başçılarıdır.
Bir sözlə, elə oldu ki, köçürən “5”, yazını köçürtdüyü şagird isə “3” aldı. Haqısz olaraq yaxşı qiymət alan şagird hörmətli və nüfuzlu bir adamın oğlu idi. Növbəti dərsdə Tofiq müəllim yoxlamanın qiymətlərini elan edəndə Rəşad müəllimdən qiyəmtləri dəyişməyi tələb edir. Qəzəblənmiş, ya da ədalətsiz qiymət verməsi aşkar olunan riyaziyyatçı müəllim əsəbindən “həqiqət carçsını” təhqir etməyə başlayır. Belə olanda, yerindən qalxan Mirələmov müəllim stolundakı jurnalı götürərək qiymətlərin yazıldığı vərəqi cırır və ayaqlarının alıtna ataraq tapdalayır. Onunla nə qədər söhbət etdsələr də, o öz günahını etiraf etmir. Əksinə, aqressiv inadkarlıqla bütün pedoqoji kollektivi ittiham edirdi. Onu müşahidə etməkdə davam etdim və bəzi detallara görə bir daha anladım ki, Rəşad normal insana xas olmayan illüziyalar aləmində yaşayır...
Ona görə də bir neçə il sonra onun bir nəfəri öldürdüyünü eşidəndə mən nəyəsə görə o saat bunu onun psixikasının təhlükəli fazasında baş verdiyini düşündüm. Və mən haqlı çıxdım. Onun olduğu çayxanda çayverəni təhqir edirlər. Rəşad onun müdafiəsinə qalxır və bu zaman çayverəni təhqiredənlər hamılıqla onu döyməyə başlayırlar. Əlinə bıçaq keçən cavan oğlanın şəxsiyyəti bir anlıq Şvartsneqqer yaxud Robin Quda çevrilir və o etdyini edir. Düşünürəm ki, bu qətli o yox, əsl həyat kimi qəbul etdiyi illüziyaları edib”...
Yeri gəlmişkən, həmin insidentə görə Rəşad Mirələmov hələ də özünü günahsız sayır. Baxmayaraq ki, məhkəmə onu 12 il müddətinə azadlıqdan məhrum edib. Prosesdə o, yüksək səslə və dəfələrlə qanunların qeyri-insani olduğunu, hakimlərin pullla ələ alındığını, özünün isə günahkar olmadığı təkrarlayırdı. Bu hakimləri təəccübləndirməyə bilməzdi. Baxmayaraq ki, hakimlər Rəşadda şəxsiyyətin ikiləşməsini təsdiq edən həkim arayışı ilə tanış idilər, amma məhkəmə onun münasib klinikada məcburi müalicəyə göndərilməsinə razı olmur və yalnızca Pentensiar Xidmətə məhkumun təcridxanada müalicə alması haqda tövsiyə verməklə kifayətlənir. Həmin müalicənin keyfiyyətinin necə olması barədə yalınz ehtimallar səsləndirmək olar. Məhkumun hərəkətləri isə həbsxanada onun xəstəliyinin şiddətləndiyindən xəbər verirdi. Bu səbəbdən, psixiartların təkidi və cəzanın ilk 3 ilinin çəkilməsindən sonra 2010-cu ildə məhkəmə Mirələmovun hərtərəfli müalicə olması üçün onu yaxınlarının zamin durması qarşılığında həbsdən azad edir. Yəni 2009-cu il aprelin 27-də Sabunçu rayon məhkməsinin qərarı ilə Rəşad Mirələmov xüsusi psixiatrik məcburi stasionar müalicə almalı idi. 2009-cu il sentyabrın 25-də eyni məhkəmə ona ümumi tipli psixiatrik stasionar müalicə təyin edir. 2010-cu il iyunu 16-da isə o məcburi ambulator müalicəyə göndərilir.
Qeyd etmək lazımdır ki, insanların qatil kimi tanıdğı keçmiş məkhum çox böyük dəqiqliklə 2 il ərzində Lənkəran psixiatrik xəstəxanasına gəlir və lazımi prosedurlardan keçirdi. Bir seansı belə buraxmırdı. Buna baxmayaraq, faciəli günlərin birində “Azərbaycanın vəziyyətinə baxan” Ramil Bayramovu öldürən atəş açıldı.
Hər şey bir anda baş vermədi. Əgər Lənkəran polisinin əməkdaşları hadisədən öncə baş verənlərə bir neçə situasiyaya lazımi məsuliyyətlə yanaşsaydılar, hər şey başqa cür qurtara bilərdi. Onda Rəşad Ramalın mövcudluğundan xəbərsiz olardı və faciə də baş verməzdi. Biz həmişə böyük təəssüflə “əgər” sözünə qayıdırıq. Kimsə öz üzərinə düşən vəzifəni məsuliyyətlə icra etməyib, yaxud hansısa səbəblərdən özünü yormayıb. Bu isə faciəyə səbəb oldu. Əgər Lənkəran polislərinin tamahı daha az olsaydı, yəqin ki, faciədəbaş verməzdi. Lakin onların düz gözlərinin qarşısında baş verənlərə göz yumurdular. Hər kəs görür, hər kəs eşidir, amma onlarda sanki göz kataraktası və ondan daha şiddətli karlıq var idi.
Guya ki, onlar 5 nömərli məktəbin ətrafında və içərisində hansısa şəxlsərin narkotika yaymasını və uşaqları “iynə”yə otuzdurmasından xəbərsiz idilər. Amma həbsxandan yenicə çıxmış və orada narkomanları, onların “lomkası”nı, doza üçün bir-birilərini rəhbərliyə xəbərləmələrini müşahidə etmiş Mirələmov dərhal müəyyən etdi: onun doğma məktəbi narkotacirlərin sevimli yeridir.
Məktəbin yaxınlığında Rəşad, özündən yaşca böyük yeniyetmənin onun vena damarına iynə ucluqlu şpritsi daxil etməsinə baxan 11 yaşlı məktəblini yaxalayır. Rəşad dərhal hər şeyi anlayır. O, uşaqların əlindən şpritsi alaraq tapdalayır və tərbiyələndirmək üçün onları bir az kötəkləyir. Göz yaşlarını silə-silə onlar Rəşadı hədələyirdilər. Hədələyərkən düşüncəsiz uşaqlar onlara bu zəhəri satan böyükləri nəzərə tuturdular.
“Gedin çağırın. Mən onları gözləyirm burada” –deyə o, Bakıda işi aparan müstəntiqə dindirmə zamanı danışırdı. “Onlar bir nəfəri gətirdilər. Onu tanıyırdım. Özünü “blatnoy” biri zənn edirdi. Mən onu doyunca döydüm və dedim ki, daha bizim məhəllədə görünməsin və narkotika satmasın. Sonra daha bir neçə yerli avtoritetlər mənlə toqquşdular və qorxutmağa çalışdılar. Mən onların da öhdəsindən gəldim!”
Sən?!” –deyə müstənq təəccüblənir. “Sənə üfürsələr, sən yıxılarsan”...
“Əsas olan, cənab müstəntiq, sənin ürəyin olsun və doğru da sənin tərəində olsun. Etiraf edim ki, məndən xoşları gəlməyən uşaqlar da dəstəklədilər. Onlar da “blatnoy” bir qrupun məhləmizdən narkotika yuvasına çevirməsində narazı idilər... Bəyəm mən pis eləyirdim?..”
“Özündən Robin Qud düzəltmək yox, polisə xəbər vermək lazım idi” – deyə müstəntiq onu ittiham edirdi.
“Axı niyə siz ikiüzlülük edirsiniz!? Kimə də olmasa sizə yaxşı məlumdur ki, insnaları “iynə”yə oturdan bütün bu əclaflar onların nəzarətinə idi. Onlarəlbir olub cammatı zəhərləyirdilər. Kimsə axı onları dayandırmalıdır!... Yeri gəlmişkən, bu əclaflardan biri ilə sərt danışdıqdan sonra yüksıək çinli polis məmuru mənə yaxınlaşdı. O da məni qorxutmaq istəyirdi. Təsəvvür etmirsiniz, o necə məni hədələyirdi! Əgər bizə mane olsan səni belə-belə edərik və s....
Siz bilirsiniz onların necə imkanları var. Həmin vaxt özüm onu qorxutdum. Dedim ki, öz deputat əmimə müraciət edəcəm və bu onlara baha başa gələcək...”
“Nə olsun ki?”- deyə o başını yelləyir. “Başqa yol yoxdur!)
“Sənin ağlın başındadır?”
“Hə, özü də necə!... Məni dəli hesab edirsiz? Mən normalam! “Deməli, sizin fikrinizcə, öldürmək lazımdır!?”
“Əgər mən etməsəydim, o məni öldürəcəkdi! Mənə nə qalırdı ki?..”
Onların söhbətinin ardını nəql etməyəcəyik. Əvəzində “Min bir gecə” restoranındakı faciəli gecəyə qədər hadisələrin necə cərəyan etdiyini danışacayıq.
Polis məmuru ilə yuxarıda yazdığımız danışıqdan sonra Rəşad Mirələmovun mobil telefonuna həmən gecə Bakıdan (mobil operator bu zəngi təsdiqləyir) zəng gəlir.
“Mən Ramal Bayramovam!” – deyə ənənəvi salam vermədən onun qulağına səs eşidilir.
“Nə olsun ki? Mən də Rəşadam...”
“Sən Rəşad deyilsən, sən əclafsan” – deyə cavab verən səs sonradan “səni əzəcəm” ifadəsi ilə tamamlanan ağır təhqirlərə keçir.
“Sən axı kimsən?”.
“Deməli sən bilmirsən?! Mən sənə -həbsxana “balandasını” dadmış adama deyim: mən Ramal Bayramovam, “Azərbaycanın vəziyyətinə baxan”. Oğru aləminin avtoritetləri məni bu vəzifəyə qoyub. Sən isə bizim iznimiz olmadan orada öz qaydalarını tətbiq eləmək istəyirsən. Sən nə səbəbə mənim adamlarıma orada işləməyə mane olursan?!” Mən səni də, deputat əmini də”....- deyərək yenə çirkin sözlər deməyə başlayır. Sonda o öz hədələrini “mənim adamlarımdan əl çəkməsən – səni sındıracam və parçalayacam”....
Rəşad da borclu qalmır və ağır təhqirlərə cavab verir.
“Mən səni xəbərdar etdim. Bundan sonra özün bilirsən sənlə nə olacaq” –deyən Ramal telefonu söndürür.
“Bu “nəzakətli” dialoq yüksək gərginlikli cərəyan kimi Rəşadda narkotacirlərə qarşı mübarizə aparmaq hissini daha da qüvvətləndirir. O, narkotacirləri izləyir, təqib edir, əllərindəki məhsulu alır və gözlərinin önündə məhv edirdi. Daha bir həftə keçdikdən sonra Ramal yenidən onunla əlaqə yaradır. Bu dəfə nisbətən sakit olan Ramal Rəşadı iş görüşməsinə çağırır. Görüş yeri “Mərakeş” restoranı təyin olunur. Mirələmov Ramalın geri çəkiləcəyini anladığı üçün birbaşa Bakıya yola düşür.
Ramal ağac kötüyü kimi sağlam görünürdü. Onun yanında Rəşad cılız görünürdü. “Salam-əleyküm” yerinə o, qapının kandarından öz ağır yumruğu ilə Rəşadın qarnından yumruq vurdu. Sonra isə yerə yıxılan Rəşadı öz yoldaşları Elnur Süleymanov, Elmar Qasımov və Səməd adlı daha bir nəfər onu vəhşicəsinə döyməyə başladılar. Mirələmov nə qədər döyüldüyünü xatırlamır. Özünə gələndə artıq onu stula oturtmuşdular. Yıxılmaması üçün də kimsə onu arxadan bərk sıxmışdı. Onun qarşısında isə boğazını bıçaqla çırmaqlayan Ramal dayanmışdı.
“Mənim xoşuma gəldi ki, sən qorxmadın və yanımas tək gəldin. Ona görə də bu dəfə sənin axmaq başını kəsməyəcəm. Mənə düzünü demişdilər – sən psixsən... İndi isə cəhənnəm ol! Və daha mənim adamlarıma ilişmə!..”
Sadist üçün “boks kisəsi”
Həmin “qonaqpərbər” qarşılanmadan sonra Rəşad bir neçə gün sanki tikan üzərində yatırdı. Məhz həmin günlərdə sonluğu “Min bir gecə” restoranında atəş səslərinə səbəb olacaq süjetin başlanğıc nöqtəsi idi. Hər şey Rəşadın yanına 2 məktəb yoldaşının – artıq evli və iş-güc sahibi olan Taleh Həsənov və Valeh Əliyevin gəlişi ilə başladı. Onlar kasıb yaşayırdılar. Və söhbət davam etdikcə necə çıxılmaz vəziyyətə düşdüklərindən danışmağa başladılar. Aydın oldu ki, bir neçə ay əvvəl Hacı Etibar adlı yerli sakin onları sərfəli və yüksək maaşlı işə götürüb. Hətta onlara avans verərək, ailə ehtiyaclarını ödəməsinə şərait yaratmışdı. Bundan başqa, onlar tikinti materialları dükanından təmir üçün lazım olan avadanlıqları tanışlıq əsasında alırdılar. Onlara həmin materialları həvəslə verirdilər. Onlar bilirdilər ki. qızıl əlləri olan Valeh vəı Taleh mütləq bunun qarşılığını verəcəklər. Bu əvvllərdə olurdu. Ona görə də Taleh və Valeh Hacı Etibarın tikinti işinə görə onlara ödəyəcəyi 18 min manata arxalanıb tikinti materiallarını götürüdülər. Lakin təmir işlərinin sonuna yaxın Hacı Etibar həbs olunur və istintaq təcridxanasına aparılır. Onlara pul ödəyəcək şəsx yox idi, tikinti dükanını sahibləri isə öz pullarını tələb edirdi. Belə olanda Taleh tanınmış lənkəranlı sələmçi Zamin Bağırovun yanına gedir. O, təbii ki. ustalar lazım olan pulu verir və bu pul üçün müəyyən faiz təyin edir. Faizlər üst-üstə yığılsa da Hacı Etibar həbsdən buraxılmırdı. Daha bir qədər keçsəydi pulun faizi borcun özünü üstələyəcəkdi.
Vəziyyət ağır olduğu üçün ustalar öz məktəb yoldaşlarından onlara yardım etməsini istəyir. Hətta əgər onlar kömək istəməsəydilər belə o özü bu köməyi təklif edərdi. Rəşad Hacı Etibarının qardaşı Vurğun Qazıyevi tanıyırdı və tam sağalmasa da ilk olaraq onun yanına yollanır.
Vurğun ilk sözdən vəziyyəti başa düşür və həmin axşam qardaşı ilə görüşə izn alıb təmirçi ustaların ağır vəziyyəti barədə danışır. Cavab olaraq Hacı Etibar problemi həll edəcəyini və işçilərin pulunu avtoprofilaktoriyanın sahibi Firdovsi Bağırovun vercəyini bildirir. Bağırova maşınını satan Hacı Etibar həmin vaxt maşının pulnu ala bilməmişdi. Rəşad məktəb yoldaşları ilə Firdovsinin yanına gedir. Lakin o, yüksək tonda danışaraq pulu verməkdən qətiyyətlə imtina edir. Sonda Rəşad Firdovsini bərk-bərk silkələyərək Hacı Etibarının pullarının onun yanında olmasını əsas gətirərək yoldaşlarını pulunu ödəməsini tələb edir. Lakin pulun “dərhal” verilməsi baş tutumur. Halbuki, avtosalon sahibi and içərək 1 həftəyə pulun ödəniləcəyini söz versə də. Həftələr keçsə də, ondan heç bir xəbər yox idi! Hətta o, Rəşadgildən gizlənməyə başlayır. Bu arada faizlər də arta-arta gedirdi. Onda Rəşad sələmçi Zaminin yanına gedərək yaranmış vəziyyəti nəzərə alaraq pulun üzərinə faiz əlavə etməməsini xahiş edir. Sələmçi isə bu barədə eşitmək belə istəmirdi və xahiş edəni nəzakətsizcəsinə qapının ağzına qədər sıxışdırdı. Bu əlbəttə ki. Rəşadı özündən çıxartdı və o, ağızndan sarımsaq iyi gələn sələmçini özündən itələyərək söydü.

İstintaq protokolunun yazısından
Dindirən şəxsin sualı: “Cənab Mirələmov pulu özü üçün tələb edirdi?”
Zamin Bağırovun cavabı” “Yox, daha nələr! O hansısa uşaqlar üçün tələb edirdi. Mənə borclu olan pullara fazi əlavə etməməyimi istəyirdi.
Dindirənin sualı: “Öz tələblərini deyərkən, vətəndaş Mirələmov sizə fiziki təzyiqlər edirdi?”
Zamin Bağırovun cavabı: “Yox, cəhd edərdi. Mən bircə sol əlimlə onun öhdəsindən gələrdim. Baxın, o necə də cılızdı. Düzdü. Mən onu yola salanda məni itələmişdi”.
Firdovski Bağırovun cavabı: “Yox” Amma düzü bir dəfə məni yaxamdan tutumuşdu. Başqa heç nə”...
Həmin protokolda bir önəmli detal yox idi. Kimsə Ramal Bayramova xəbər vermişdi ki, Mirələmov insanlardan pul tələb edir. Bu xəbər isə təxribatçı və şişirdilmiş halda ona çatdırılmışdı. Bunu etmək nəyə lazım idi? Və pullarla onun arasında hansı bağlılıq var idi? Narkotacirlərl bayaq yazdığımız kimi onun əlaqəsi var idi. Bundan başqa, biz bilirik ki, Rəşad “Mərakeş” restoranında döyüldükdən sonra da narkotacirləri sıxışdırmaqda davam edirdi. Onlara rahatlıq vermirdi. Sonaralar isə o, müəyyən müddətdən bir Mirələmova zənglər edirdi. Bu telefon xuliqanlığı cavabsız qalırdı. Mobil telefonun ekranında “qanqster Ramal” adı peyda olanda Rəşad telefonu söndürürdü. Axı aydın idi ki, ona zəng edən təşəkkür etmək üçün etmir bu zəngi. Belə zənglərdən biri Rəşadı Bakıda, bərbərxandan olarkən yaxalayır. Ekranda ona artıq tanış olan “qanqster Ramal” ad peyda olmadı. Bu Rəşad üçün tanış olmayan nömrə idi, lakin Ramalın tanış səsindən zəng edəni tanıd
“Axmaq”-deyə o çığırırdı,”indi sən mənim pullarıma göz dikmisən?”.
“Sən özün axmaqsan. Mənə sənin çirkli pulların lazım deyil!”.
“Deyəcksən ki, sən Zaminin yanına gəlməmisən? Hələ bir de ki, sən ondan avro və dollarlar da istəməmisən” O mənə hər şeyi danışıb”.
“Zamin sənə yalan deyib. Mən ondan faiz artırmamağı xahiş etmişəm..”.
“Sən doğurdan dəlisən! Sən heç bilirsən ki...Nmən bu faizləri “obşak”a göndərirəm? Sən bilirsən buna gör sənə neyləyə bilərlər? Dur gəl, “Mərakeş”ə danışaq bu məsləni. Yoxsa qorxursan?”.
“Mən gələcəm, lakin sənin ayağına yox. Özün gəl. Mən səni “Min bir gecə” restoranında gözləyəcəm. Bliirsən, o hardadı?”.
“Bilirəm!” – deyə Ramal telefonu dərhal söndürür.
Özü ilə tapança götürən Rəşad görüş yerinə gedir. Ramal isə öz əvvəlki görüşdəki dostları ilə gecə yarı həmin yerə gəlir. Kənar gözlərdən uzaq olmaq üçün onlar qırağa çəkilirlər. Öz gücünəəmin olan Ramal dostlarına qıraqda gözləməyi tapşırır.
Sonra isə ..
Əziz oxucu, biz deyəcəyik sonra nə baş verir.Sizə daha iki obyektiv sənəd təqdim edəcəyik.
Məhkəmə tibb ekspertizasının rəyində bu sözlər yazılmışdı” Klinikamıza müraciət edən vətəndaş Rəşad Cavid oğlu Mirələmovun bədənində hərəkətedici küt vasitələrlə (ehtimal ki, əl və ayaqlarla) endirilmiş 30 zədə, o cümlədən ciddi xaraker daşıyan bir neçə xəsarət – diş itkisinə səbəb olan çənə zədəsi, döş qəfəsinin 5 və 6-cı qabırğalarında çat, sol qolun çıxması qeydə alınıb. Beyin silkələnməsinin əlamətləri var...”.
Və ikincisi. Trassologik ekspertizanın rəyi. “İzyaradan obyekt aşağıdan yuxarıya yönəlmiş xarakterik izə malikdir. Bu isə çox böyük ehtimalla bizə deməyə əsas verir ki, atəş yarım uzanılı vəziyyətdən açılıb....”.
Bəli, onalr bir neçə nəfər idi. Yarımayıq vəziyyətdə uzanmış Mirələmov Bayramovun bıçaqla onun üzərinə gəldiyini görüb. Ağrılara məhəl qoymadan o, belindəki tapançanı götürərək Bayramova tuşlayıb və tətiyə basıb. Bayramov bir anlıq donub sonra isə səs-küylə öz qurbanının ayaqlaırna yıxıldı. Kənardan hadisəni müşahidə edən Bayramovun dostları – Elnur Süleymanov, Elmar Qasımov və Səməd adlı daha bir nəfər atəş səsini eşidib, Bayramovun yıxıldığı yerə qaçıblar. Onları qorxutmaq üçün Rəşad tapança ilə yuxarıya atəş açır. Bu təsadüfi güllələrdən biri Elmarın əlini sıyırır. O, çığırdı və bundan sonra bütün dostlar birlikdəərazidən qaçırlar.
Onların hər biri sonradan müstəntiqə deyirdi: “Biz bilmirdik ki, Ramal bizi növbəti “razborka”ya aparır. Bunsuz o bir gün belə yaşya bilməzdi. Yeri gəldi-gəlmədi dava salmağı xoşlayırdı. Bu dəlinin Ramaldan hədə-qorxu ilə pul tələb etməsi isə boş sözdü!
Ramal özü kimdən istəsə pul tələb edə bilərdi”.
Öldürülən şəxsin obrazını açan bu ifadələr fonunda onun çoxillik məşuqəsi Firuzənin sözləri kifayət qədər maraqlı və narahatedicidir.
“Mən ondan qorxurdum. O məni tez-tez döyürdü. Bundan həzz alırdı. Tez-tez mənə “sən mənim boks kisəmsən” deməkdən xoşlanırdı. Mən ondan soruşurdum: “Sən məni nə üçün döyürsən?”. O isə deyirdi ki, məni hər dəqiqə öldürə bilər və buna görə ona heç nə olan deyil. Həmişə Rusiyada böyük insanlara təsir imkanları olan bossları ilə öyünürdü. Soyadlarını da sadalayırdı. Adlarına laqeydliklə yanaşır və özünəməxsus formada bu adları sadalayırdı. Onların kim olduğnu deməyəcəm. Heç xahiş etsəz də deməyəcəm. Mən hələ yaşamaq istəyirəm... İndi onun yoxluğunda fikirləşirəm ki, mənə rahat olacaq. Daha az döyüləcəm. Sizə bir sirr açım, onun əl sümükləri zədələnmiş halda evə qayıtmasına hər dəfə çox sevirdim. Bu o demək idi ki, öz sadist enerjisini o artıq kiminsə üzərinə yönəldib”...
Amma gəlin işin məğzinə qayıdaq. Təkrar edək: birinci işin.
Həmin iş üzrə proses Ramal Bayramovıa əlbir olan Elnur Süleymanov, Elmar Qasımov və Səməd dedikləri daha bir nəfər şəxs müxtəlif müddətə azadlıqdan məhrum edilməsi ilə nəticələndi. Amma ikinci işlə bağlı prosesdə çox qəribə hadislər baş verməyə başladı.
Və bu qarışıq işin mahiyyətinə varanda biz tez-tez öldürülənin məşuqəsi Firuzənin: “Ramalın rusiyalı bossları əllərində çoxlu insan saxlayır. İstintaq sanki aşkarda olan şeylərii görmürdü, yaxud görmək istəmirdi. Hər şey aydın idi. Belə alınırdı ki, Rəşad Mirələmov hədə yolu ilə (?!) zərərçəkmişdən tələb edirdi və anlaqlı vəziyyətdə olarkən tamah məqsədilə qəsdən (?!) Ramal Bayramovu qətlə yetirir.
Bu yumşaq desək, yalandı. Ən hiddətləndirici fakt isə başqa idi. Ağır Cinayətlər Məhkəməsinin kollegiyası prossesual qanunvericiliyin müstəqil məhkəmə araşdırması aparılmasını tələb edən hissəsinə etinasız yanaşaraq, ibtidai istintaqın qərəzli və obyektiv olmayan qənaətlərini əsas götürdü. Bu işdə prokurorluğun göstərdiyi təsir də hiss olunurdu. Prokurorluğun Səhiyyə Nazilriyinə və Lənkəran Psixiatrik Xəstəxanasına hadisəni və onun iştirakçılarının hərəkətlərini təhrif edən məktublarında təzyiq elementləri var idi.
Belə ki, lənkəranlı həkimlər məhkəməyə müraciıət edərək Mirələmovun psixiatrik qeydiyyatdan çıxarılmasını təklif edirdilər. Halbuki, bunun üçün məhkəmə tibbi ekspertizasının pasinetin sağalması ilə bağlı rəyi təqdim olunmalı idi.
Yeri gəlmişkən, Bakıda qonaq olan haqqin.az-ın böyük dostu, kriminalistik psxiatriya üzrə tanınmış rusiyalı mütəxəssis, tibb elmləri doktoru İlya Mixayloviç Kaç bizim xahişimiz əsasında əldə etdiyimiz materialları incələməyə və məhkəmənin Rəşad Mirələmovun “anlaqlı” olması ilə bağlı qərarına öz müstəqil münasibətini bildirməyə razı oldu. O bunları dedi:
“Sizin gözəl psixiatrlarınız var. Bakı məktəbi bu mənada məşhurdur. Amma bu oxuduğum materiallarda heç də hər şey qaydasinda deyil. Buradakı həmkarlaım da yaxşı bilirlər ki, şəxsin ikiləşmiş psixikası öz gözlənilməzliyi və aniliyi ilə təhlükəlidir. Sizin qəhrəmanınıza göstərilən fiziki təsirlər o vaxta qədər içində gizli qalan xəstəliyi üzə çıxartdı. Məhz həmin fiziki təsir insanı öz ikinci “mən”inə keçirə bilərdi. Onun reallıq kimi təsəvvür etdiyi illüziyaya ....
Bu qədər xəsarətdən, xüsusən yüngül beyin silkələnməsindən sonra nəzaərti itirmək gözlənilən idi.... Və hətta sağlam psixikası olan insan belə bu situasiyada qeyri-adekvat ola bilərdi”....
Lakin bütün bu sadalananları məhkəmə nəyəsə görə kompleks şəklildə nə diqqətə alır, nə qəbul edirdi. Hökm isə daha dəhşətli idi- ömürlük həbs cəzası.
Yox, biz Rəşad Mirələmov üçün faciəvi nəticələnən həmin xəstə illüziyalardan əziyyət çəkmirik. Amma yenə də məhkəmənin hökmü ilə razılaşa bilmərik. Digər tərəfdən, mühakimə olunan şəxsi də təmiz və günahsız hesab etmirik. Lakin bu işdən ədalət iyi gəlmir.
Öz araşdırmamızı biz bar müğənnisi Vısotskinin “Doğru və yalan haqda bir neçə kəlmə” mahnısından götürdüyümüz epiqrafla müşaiyət edirdik.
Amma bütün bu yazdıqlarımız əslində pritça deyil, sizinlə bizim həyatımızdan qopardılan ağrılı bir parçadı.
Bu YALANın DOĞRUnu ayaqlar altında tanınmaz hala saldığı zaman hər birimizin boğazını yırta biləcək çığırtıdı.
L. Əsgərov –haqqın.az