Modern.az

Google 300 min saytı itirib

Google 300 min saytı itirib

13 Avqust 2010, 11:10

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu günlərdə “Netcraft” tədqiqat şirkəti internetdə fəaliyyət göstərən veb-sayt və bloqların sayına dair avqust hesabatını təqdim edib. Hesabata əsasən, Qlobal Şəbəkədə 213 milyon 458 min 815 sayt işləyir.  

Xidmət göstərilən resursların sayı üzrə ən yüksək artım veb-serverlər bazarının lideri “Apache” şirkətində nümayiş olunub.  Bir ayda bu platformada 6,7 milyon sayt artıb və serverin bazardakı payı 56 faizədək yüksəlib.
“Apache” üçün bu son üç ildə ən yüksək göstəricidir.

Bununla yanaşı, “Microsoft” korporasiyasına məxsus IIS serverinin resurs bazası 1 milyonadək azalıb. IIS 200 minə yaxın saytı “China Telecom” şirkətinin bu platformanın xidmətlərindən imtina etməsi səbəbindən itirib.
 
Həmçinin Lighttpd kompakt serveri tərəfindən uğurlu nəticələr (600 min yeni sayt və bloq) göstərilib.

“Google” şirkətinin veb-serveri isə cari ayda müsbət göstərici nümayiş etdirə bilməyib. Şirkətin internet platforması 300 min sayt itirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir