Modern.az

"Oksfam-Azərbaycan"ın rəhbəri MÜSAHİBƏ verdi

"Oksfam-Azərbaycan"ın rəhbəri MÜSAHİBƏ verdi

21 Noyabr 2014, 14:15


Modern.az saytı “
Oksfam” Böyük Britaniya Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Şövkət Əlizadə ilə müsahibəni təqdim edir.  

“Oksfam” təşkilatı bu il Azərbaycandakı fəaliyyətinin 20 illiyini qeyd etdi. Bunun da 10 ildən coxu Sizin rəhbərlik etdiyiniz dövrə düşür. Azərbaycanda bu dövrdə hansı işlər görülüb?

 - “Oksfam” Qarabağ müharibəsinin ən qaynar vaxtında fəaliyyətə başlayıb. İlk hədəf qrupumuz münaqişədən əziyyət çəkən insanlar olub.  Bu illər ərzində texminen 350 min nəfər qaçqın və köçkün  ailələr müvəqqəti ev, çadırlarla təmin olunmuş, onların içməli su, ərzaq və geyimlə təminatına diqqət göstərilmişdi.

Müxtəlif vaxtlarda 49 kənddə regionlarda tibb məntəqələrinin tikintisi və təmiri, artezian quyularının qazılması ve bərpası, 4700 fermerin həyat şəraitini yaxşılaşdırmaq üçün suvarma suyunun inşa edilməsi, kəndlərin içməli su ilə təminatı, əlil təşkilatlarının inkişafına dəstək, ehtiyacı olan şəxslərə hüquqi yardımların göstərilməsi əsas fəaliyyət sahələrimizdən olub. Təbii fəlakətlər riskinin azaldılması sahəsində kurrikulum Dövlət Təhsil sisteminə daxil edilib. Tərəvəz, çiyələk və toxum becərən fermerlər bazara çıxış əldə etməklə gəlirlərini xeyli artırıblar. Oksfam 20 il ərzində Bərdə, Tərtər, Ağdam, Yevlax, Mingəçevir, Şəki, Salyan, İmişli, Goranboy, İsmayıllı, Şamaxı, Neftçala, Sabirabad, Oğuz, Qax, Lənkəran kimi ərazilərdə işləyib.

Hazırda “Oksfam” Azərbaycanda hansı layihələri icra edir?

- “Oksfam Azərbaycan” nümayəndəliyinin icra etdiyi layihələri “Oksfam”  və Avropa İttifaqının maliyyələ dəstəyi ilə həyata keçirilir. Bunlardan biri, Azərbaycanda  ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi üzrə milli strategiyanın hazırlanmasını nəzərdə tutan layihədir. Layihə 4 illik müddəti əhatə edir və 2017-ci ilin sentyabr ayında başa çatır. Əsas məqsəd Azərbaycanda ərzaq təhlükəsizliyi və qidalanma strategiyasının hazırlanmasına və müvafiq təşəbbüslərə töhfə vermək və kiçik fermerlərin iştirakı ilə həmin strategiyanın səmərəli icrasına nail olmaqdır. Bu layihədə Ağdam, Bərdə və Tərtər rayonlarının kiçik fermer qruplarının istehsal imkanlarının artırılması, ərzaq təhlükəsizliyi və qidalanma üzrə yeni strategiyanın qəbulu və icra olunması, müvafiq qanunvericilik və icra mexanizmlərinin təkmilləşdirilməsi və fermerlərin bazara çıxış imkanlarının artırılması kimi sahələrə xüsusi diqqət yetirilir. Hazırda icra etdiyimiz ikinci layihə kənd yerlərinin inkişafı ilə bağlıdır ki, burada əsas məqsəd Mərkəzi Azərbaycanın beş rayonunun 50 kəndində kiçik fermer təsərrüfatına malik 4000 aztəminatlı qadın və kişi fermerin ailə gəlirlərini artırmaq məqsədilə yerli tərəvəz toxumçuluğu və çiyələk sektorlarında rentabelli dəyər zəncirləri formalaşdırmaqdan ibarətdir. Layihə 2014-cü ilin yanvarından 2016-cı ilin dekabr ayına qədər olan müddətdə həyata keçiriləcəkdir. Layihə çərçivəsində Azərbaycanda yerli tərəvəz toxumçuluğunun inkişafı istiqamətində həm yerli həm də milli səviyyədə fəaliyyətlərin həyata keçirilməsi, o cümlədən çiyələk sektorunun inkişafı istiqamətində yeni daha məhsuldar növlərin fermerlərə tanıdılması və onların bazara çıxış imkanlarının yaxşılaşdırılması nəzərdə tutulur.

Hədəf qruplarınız və tərəfdaşlarınız kimlərdir və onlarla necə işləyirsiniz?  
 
- Hədəf qruplarımız əsasən məcburi köçkünlər və qaçqınlar, aztəminatlı qadın və kişi fermerlər, tənha ahıllar və uşaqlardır. Tərəfdaşlarımız isə hökumət strukturları, kütləvi informasiya vasitələri və QHT-lərdir. “Oksfam” QHT-lərlə işini əsasən inteqrasiya modelində qurur, belə ki, regional QHT-lər icmalarda işləyib əldə etdikləri tecrübədən gələn məsələləri və məlumatları milli səviyyədə işləyən QHT-lərllə beyin mərkəzləri ilə paylaşırlar və nəticədə yüksək səviyyədə hesabat və təkliflər hazırlayaraq hökumətə təqdim olunur.  Bir məsələni xüsusi qeyd edim ki, əməkdaş QHT-lər seçilərkən onların  müvafiq təcrübəyə və biliyə malik heyəti, şəffaf fəaliyyəti, rəsmi qeydiyyatı, hesabatlılığı, maliyyə və kadr siyasətinin olması əsas götürülür. Oksfam Azərbaycan Nümayəndəliyi şəffaflığı təmin etmək üçün hər il gördüyü işlər barədə ictimaiyyətə hesabatlarını açıqlayır.  

Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün təşkilatın missiyası və strategiyası nədən ibarətdir?

- Biz, iş prosesində qarşımıza məqsəd qoyuruq ki, mütləq dəyişikliklər olmalıdır-uzunmüddətli, davamlı və insanların həyat şəraitini yaxşılaşdıran dəyişikliklər. Bu səbəbə görə də həm layihələr uzun müddətli olur, həm də işlədiyimiz ərazilərdə fokuslaşırıq. Məsələn, bir ərazidə toxumun əkilməsi, onun həmin torpağa, iqlimə uyğunlaşmasını bilmək üçün minimum 3 il lazımdır. Davamlılığın təmin olunması bizim əsas prioritetimizdir. Yoxsa, layihə birillikdir və biz də haradasa bir il işləyək və çıxaq gedək, xeyir, bu yanaşma bizə yaddır, çünki bir il ərzində insanların həyatında mühüm və müsbət dəyişikliklər əldə etmək qeyri-mümkündür.  “Oksfam”ın fəaliyyəti dünyada hər zaman diqqət mərkəzindədir. Belə ki, “Global Journal” a görə, “Oksfam” 2013-cü ildə dünyada hesabatlılıq, şəffaflıq və digər meyarlara görə, 100 ən yaxşı QHT arasında 3-cü yerdə qərarlaşıb.

“Oxfam” Azərbaycan hökuməti ilə fəaliyyətini necə qurur?
 
- “Oxfam” beynelxalq qeyri-hokumet teskilatidir və təbii ki fəaliyyət göstərdiyi olkələrdə hökumətlə həm yerli, həm də milli səviyyədə əməkdaşlıq edir. Hökumətlə əməkdaşlığımız icra edəcəyimiz layihənin hazirlıq  prosesindən başlanır. “Oksam” Azərbaycanda Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf,  Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına öz töhfələrini verib, yeni kənd təsərrüfatının inkişafı strategiyasının hazırlamasında aktiv iştirak edib. Bələdiyyələrin səlahiyyətləri və maliyyə resursları ilə bağlı, kooperativlərin inkisafina dair təkliflər paketinin hazırlanıb Milli Məclisdə müzakirəyə çıxarılmasına dəstək verib. Ümumiyyətlə, “Oksfam”ın həyata keçirdiyi əksər layihələrin hədəf qrupları arasında müxtəlif nazirlik və komitələr də var. Bunlardan əlavə, çalışdığımız regionlarda icra hakimiyyətləri ilə də əməkdaşlıq mütləqdir.

QHT-lərlə bağlı və “Qrant haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra “Oxfam” iş prinsipini necə quracaq?

- Müsahibənin əvvəlində qeyd etdiyiniz kimi, “Oxfam” 20 ildir ki, Azərbaycandadır. Bu müddət ərzində biz hər zaman yerli qanunvericiliyin tələblərini əsas tutaraq fəaliyyət göstərmişik. Biz, ölkə qanunlarına hörmət edirik və işimizi də buna əsasən qururuq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi