Modern.az

Dünyanın ən nəhəng heykəlləri – FOTOLAR

Dünyanın ən nəhəng heykəlləri – FOTOLAR

Təhsil

21 Noyabr 2014, 21:25

Dünya mədəniyyətinin ən orijianl və gözoxşayan növlərindən biri də heykəltaraşlıq olub. Təsadüfi deyil ki, dünyanın böyük yeddi möcüzəsinin, eləcə də ümumilikdə 27 möcüzəsinin yarıdan çoxu məhz heykəltaraşlıq nümunələıridir. Modern.az bu yazıda dünyanın ən hündür heykəllərindən bir neçəsini təqdim edəcək.


1. Uşuki Daubutsi heykəli – Yaponiyanın İbaraki əyalətində yerləşən heykəlin hündürlüyü nə az,  nə çox  düz 360 metrdir. Son illərə qədər dünyada heç o hündürlükdə bina da olmayıb. Heykəl 1993-cü ildə inşa edilib. Buddanın işıq və həyat qaynağı olduğunu göstərən heykəlin ümumi çəkisi 4000  ton ağırlığındadır. Ətrafındakı Koi gölü və çiçəkləri ilə birlikdə dünyanın ən gözəl mənzərələrindən birini yaradıb.  


2. Sandai Daikannaon heykəli–Yaponiyanın Miyaqi əyalətindəki heykəlin hündürlüyü 330 metrdir. Bu heykəldə də Budda təsvir olunub. Heykəlin bir əlində mücəvhər o biri əlində isə su var. Çox kəskin diş və sifət quruluşuna  sahibdir. Heykəlin altında 33 kiçik heykəl də var. Bu da qədim Şərq astronomiyasının təqvimlərlə bağlı simvolikasını özünə əks etdirir.   


3. “Ana vətən” heykəli. Kiyev şəhərindəki heykəlin hündürlüyü 102 metrdir. Dnepr çayının aşağı sahilində yerləşən heykəl xüsusi əzəmətə malikdir. Heykəlin əlində tutduğu qılınc 9 ton ağırlığında və 14 metr uzunluğundadır.


4. ”Xristafor Kolumb” heykəli – Amerikanı kəşf edən səyyah Xristafor Kolumbun heykəli 1888-ci ildə inşa edilib. Hündürlüyü 60 metrdir. Heykəl İspaniyada ucaldılıb. Bunun da səbəbi odur ki, Kolumb Amerikanı kəşf edəndən sonra ilk dəfə İspaniyaya ayaq basıb.  


5. ”Azadlıq heykəli”  - 1886-cı ildə açılışı olan heykəl bu gün həm Nyu- Yorkun həm də bütün ABŞ-ın simvolu sayılır. İnşa edildiyi tarixdə Parisin, açılış edildiyi tarixdə isə Nyu Yorkun ən böyük tikilisi oldu. Postamentlə bərabər hündürlüyü 93 metrdir. Heykəlin sol əlində tutduğu kitabın üzərində Roma rəqəmləri ilə Amerikanın azad olduğu tarix yazılıb:1776-cı il, iyunun 4-ü.  


6. ”Çingiz xan” heykəli -  Bu heykəl isə bütün Monqolustanın simvolu sayılır. Paytaxt Ulanbatordan bir saatlıq uzaqlıqda yerləşir. Çölün ortasında inşa olunan nəhəng heykəl kompleksi hər kıəsi heyrətləndirir. Binanın üzərində qurulan heykəlin hündürlüyü 40 metrdir. Liftlə heykələ qalxan ziyarətçilər atın başına doğru gəlməklə böyük bozqırları izləyə bilirlər.


7.”Krist de la Konkordiya” heykəli – “Boliviyada yerləşən heykəlin hündürlüyü 35 metrdir.  Nəhəng heykəl xristian dininin müqəddəslərinə  ithaf olunub.

Qeyd: Azərbaycanda ən böyük heykəl 1972-ci ildə inşa olunan Nəriman Nərimanov heykəlidir. Cəlal Qaryağdının müəllifi olduğu heykəlin hündürlüyü 22 metrdir.    

Elmin NURİ        

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı