Modern.az

Milli Qəhrəmanın atasına orden verildi

Milli Qəhrəmanın atasına orden verildi

Təhsil

23 Noyabr 2014, 16:03

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu Abdullayevin 45 yaşının ölümündən sonra qeyd olunması mərasimi keçirilib. Modern.az xəbər verir ki, Suraxanı rayon İcra Hakimiyyəti, Azərbaycan Hərb Tarixi Muzey Mərkəzinin və "Səbail" Tank Taborunun birgə təşkilatçılığı ilə baş tutan bu möhtəşəm tədbirdə C.Naxçıvanski adına hərbi litseyin rəisi general-mayor Mirzə Almasov, Azərbaycan Hərb Tarixi Muzey Mərkəzinin rəisi Əzizağa Qənizadə, "Dədə Qorqud" Milli Fondunun Prezidenti Eldar İsmayılov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayeviç, "Səbail" Tank Taborunun sabiq komandiri Hacı Əzimov, Bəxtiyar Dəmirov, "Səbail" Tank Taborunun tədqiqatçısı, Jurnalistlər Birliyinin üzvü Lalə Hüseynova, "Veteranın səsi" jurnalının baş redaktoru Aliyə Cavanşir və b. iştirak ediblər.

Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova çıxış edərək, dövlətimizin Milli Qəhrəmanlarımıza, onların ailələrinə, eləcə də şəhid ailələri, əlillər və veteranlarımıza olan diqqət və qayğısından danışıb.

Azərbaycan Hərb Tarixi Muzey Mərkəzinin rəisi Əzizağa Qənizadə Milli qəhrəmanın keçdiyi qəhrəmanlıq yolundan bəhs edib.

Sonra söz "Dədə Qorqud" Milli Fondunun Prezidenti Eldar İsmayılova verilib. Eldar İsmayılov belə oğul böyütdüyünə görə Cəmil Abdullayevə təşəkkürünü bildirərək, sizin qarşınızda baş əyirik söyləyib. Sonra isə Fondun Ağsaqqallar Şurasının qərarı ilə Cəmil müəllimə "Vətən övladı" ordeni, Milli qəhrəmanın anası Füruzə xanıma "Mehriban Ana" ordeni, Suraxanı İcra hakimiyyəti başçısı İlqar Abbasov isə "Qızıl ürək" ordeni təqdim olunub.

Milli qəhrəmanın atası bu təltif üçün, eləcə də bu tədbirin təşkili üçün hər kəsə öz dərin təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycan Hərb Tarixi Muzey Mərkəzinin rəisi Əzizağa Qənizadənin sözlərinə yazılıb, milli qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş "Müharibə" mahnısı də ilk dəfə səsləndirilib.

Sonda Milli Qəhrəmanın ailə üzvləri ilə xatirə şəkilləri çəkilib.


Məltəm Talıbzadə

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok