Modern.az

Beynəlxalq pul köçürmə sistemlərindən Azərbaycana qarşı TƏXRİBAT

Beynəlxalq pul köçürmə sistemlərindən Azərbaycana qarşı TƏXRİBAT

25 Noyabr 2014, 16:29

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi beynəlxalq qanunların işləmədiyi nəzarətsiz ərazi hesab olunur. Modern.az xəbər verir ki, ermənilər Dağlıq Qarabağa dünyanın istənilən nöqtəsindən birbaşa pul köçürmələri həyata keçirmək məqsədilə Yerevan şəhərində qeydiyyatdan keçirdikləri “Artsaxbank” Qapalı Səhmdar Cəmiyyətini yaradıblar.

Bütün əsas bank əməliyyatlarını və maliyyə xidmətlərini icra edən “Artsaxbank” əslində  1996-cı il fevralın 12-də Xankəndidə yaradılsa da, onun qeydiyyat yeri olaraq Yerevanın Kieylyan küçəsi göstərilir. Bunun sayəsində 2003-cü ildə “Artsaxbank” “SWIFT” beynəlxalq pul köçürmələri sisteminə, 2005-ci ildə isə dünyanın 210 ölkəsində fəaliyyət göstərən “MasterCard İnternational” beynəlxalq pul köçürmə sisteminə üzv olub.  

Bunun sayəsində Dağlıq Qarabağ erməniləri “MasterCard İnternational”ın plastik ödəmə kartları - Cirrus/Maestro və MaserCard vasitəsilə dünyanın istənilən ölkəsi ilə pul əməliyyatları həyata keçirməyə imkan qazanıblar. Digər tərəfdən, ABŞ-ın dünyanın 170-dən artıq ölkəsində fəaliyyət göstərən “MoneyGram” beynəlxalq pul ödəmə sistemi, Rusiyanın “Yuniastrumbank”ına məxsus və ölkə boyu 24 regional mərkəzi olan “Yunistrim” ödəmə sistemi vasitəsilə də “Artsaxbank”ın müştəriləri istənilən pul əməliyyatlarını həyata keçirə bilərlər.

Daha bir xarici şirkət, səhmlərinin 100 faizi Avstriyanın “Raiffeisen” banklar qrupuna məxsus Rusiyanın “Raffayzenbank” QSC-yə məxsus “Bıstraya poçta” ünvansız pul köçürmə xidməti isə daha da irəli gedərək “Artsaxbank”ın işğal olunan torpaqlarda - Əsgəran, Laçın, Hadrut, Xankəndi və Şuşada yerləşən 11 mərkəzinin ünvanını və bank hesabını bpochta.ru saytında yerləşdirib.     

“Artsaxbakn”ın əsas majoritar səhmdarları diaspora erməniləri  - İsveçrənin “Frank Miller” saat şirkətinin sahibi Vardan Sirmakeş (43,13 faiz) və amerikalı biznesmen Qraç Kaprielyandır (39,08 faiz).    

Vüqar İsmayılov 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir