Modern.az

Rusiyanın Azərbaycansız siyasət yürütməsi qeyri-mümkündür

Rusiyanın Azərbaycansız siyasət yürütməsi qeyri-mümkündür

Aktual

26 Noyabr 2014, 10:10


“Cənubi Qafqazda Rusiyanın Azərbaycansız siyasət yürütməsi qeyri-mümkündür. Azərbaycan və Rusiya dostluğu davam etdirəcək, hər iki ölkə bir-biri ilə iqtisadi əməkdaşlıqda maraqlıdır”.

Modern.az saytının verdiyi xəbərə görə bunu “Vestnik Kavkaza” portalına açıqlamasında  beynəlxalq məsələlər üzrə Rusiya şurasının eksperti, Rusiya Dövlət Humanitar Universitetinin post-sovet ölkələri kafedrasının dosenti Aleksandr Quşin deyib.

Politoloqun sözlərinə görə Moskva və Bakının əlaqələri Cənubi Qafqazda Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına baxmayaraq, Rusiya üçün əsasdır.

“Düşünürəm ki, yaxın zamanlarda Azərbaycanın da bu təşkilata tamhüquqlu inteqrasiyasını gözləmək olar. Azərbaycan Avrasiya İttifaqı üçün perspektivlidir”,-deyə ekspert şərh edib. 

Analitik Ermənistanın Avropa Birliyi ilə münasibətlərini davam etdirəcəyini söyləsə də, bunun Rusiyanın himayəsi altında olacağını vurğulayıb:

“İndiki şərtlərdə Rusiyanın himayəsi altında Avropa Birliyi strukturları ilə qarşılıqlı əlaqə erməni siyasətinin əsas vektorlarından biridir. Güman edirəm ki, Ermənistan rəhbərliyi bu vektordan imtina etməyəcək”. Aleksandr Quşin onu da deyib ki, erməni siyasətçilər Bakının Rusiya üçün əhəmiyyətli olduğunu anlamırlar.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar