Modern.az

Qəbələdə meşə yanğınları 5 hektar ərazini əhatə edir

Qəbələdə meşə yanğınları 5 hektar ərazini əhatə edir

Təhsil

16 Avqust 2010, 10:20

Qəbələdə sakinlərin ehtiyatsızlığı ucbatından baş verdiyi iddia edilən yanğın hələ davam edir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun, Həmzəlli kəndi ərazisində meşə zolağının, təxminən, 5 ha ərazisini əhatə edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası, həmçinin, Aviasiya dəstəsinin 1 helikopteri cəlb edilib. Hazırda əməliyyat davam edir.
Bundan əlavə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, eləcə də kənd sakinləri yanğının söndürülməsinə yardım göstərir.
Yanğının geniş miqyas almaması və digər meşə zolaqlarına keçməməsi üçün tədbirlər görülür.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə