Modern.az

Litvadan Azərbaycana böyük numayəndə heyəti gəlib

Litvadan Azərbaycana böyük numayəndə heyəti gəlib

Təhsil

16 Avqust 2010, 11:10

Litvadan Azərbaycana böyük numayəndə heyəti gəlib. Məlumatı Modern.az saytına millət vəkili Fuad Muradov verib. Nümayəndə heyətinin tərkibində Litva parlamentinin iqtisadiyyat komitəsinin sədri, parlamentdə ikinci çoxluq təşkil edən partiya fraksiyasının rəhbəri, Litvanın mədəniyyət naziri gəlib.
Litvalı nümayəndələr bu gün Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İqtisadi siyastət, Hüquq siyasəti və dövlət quruculuuğu komitələrinin üzvləri ilə, habelə spiker Oqtay Əsədovla görüşəcəklər.
Bundan əlavə, Litva nümayəndə heyəti özəl və dövlət sektorunun təmsilçiləri ilə, həmçinin Azərbaycandakı bir sıra Gənclər təşkilatlarının rəhbərləri də görüşəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə