Modern.az

“Bu hadisə, xarici ölkə kəşfiyyatının Azərbaycana xəbərdarlığıdır”

“Bu hadisə, xarici ölkə kəşfiyyatının Azərbaycana xəbərdarlığıdır”

28 Noyabr 2014, 00:40

“Qaraçuxur məscidinin yandırılması faktı ilk baxışdan araşdırıldığında açıqca təxribat olduğu sezilir. Görünür hansısa xarici qüvvələrin əli ilə Azərbaycanda ən həssas sahələrə yönələn planlı davranışlar bundan sonra daha tez-tez müşahidə olunacaq”.

Modern.az saytının məlumatına görə bunu Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa bildirib. Parlament üzvü bildirib ki, hüquq-mühafizə orqanlarının məsələni son dərəcədə ciddiyyətlə araşdıracağına şübhə etmir.  

Deputat qeyd edib ki, hansısa küskün azərbaycanlı dindar ola bilsin ki, narazı qaldığı şəxsə xəsarət yetirər, ancaq məscidi yandırmağa təşəbbüs göstərməz. Fazil Mustafa Qaraçuxur məscidindəki yanğın hadisəsində xarici kəşfiyyatın əlinin olmasını iddia edib:

“Bu, birbaşa hansısa xarici ölkənin kəşfiyyat qurumlarının ölkəmizə yönəlik xəbərdarlıq aksiyasıdır. Bu hadisəni nəzərə alaraq iri məscidlərin çevrəsində kameraların quraşdırılması, bu olmadıqda isə mütləq polis postlarının qoyulması vacibdir. Həssas bir beynəlxalq şəraitdə yaşayırıq və bütün ölkə vətəndaşları təxribatlara qarşı diqqətli olmalıdırlar”.  

Noyabrın 26-da saat 02:38-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində məsciddə yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğın nəticəsində ümumi ərazisi 300 kv.m olan məsciddə 5 kv.m-lik xalça və palaz yanıb. Hadisə yerinə 3 yanğınsöndürən briqada cəlb olunub və yanğın qısa vaxt ərzində söndürülüb.  

Təhlükəsizlik kameralarına düşən görüntülərdə isə üzü maskalı şəxslərin qəsdən məsciddə yanğın törətdiyi anlar əks olunub.

Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb.

Modern.az


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı