Modern.az

"Qarabağ" "Borussiya" ilə oynamaq üçün Almaniyaya getdi

"Qarabağ" "Borussiya" ilə oynamaq üçün Almaniyaya getdi

Təhsil

16 Avqust 2010, 13:31

Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmaq hüququ qazanan “Qarabağ” futbol klubu Almaniyaya yola düşüb.
Modern.az-ın məlumatına görə, Ağdam klubunun rəsmi saytında verilən məlumata görə, komandamız bu ölkənin Dortmund şəhərini təmsil edən “Borussiya” klubu ilə qarşılaşmaq üçün Bakı-Frankfurrt reysiylə yola çıxıb. Səhər 7:00-da yola düşən komandamız təxminən 5 saatlıq yolçuluqdan sonra Frankfurta çatacaq. Ordan isə Dortmund klubunun ayırdığı avtobus ilə oyunun keçiriləcəyi şəhərə yollanacaq.
“Qarabağ” səfərə 35 nəfərlik heyətlə yollanıb. Bu gün komandamız Dortmundda ilk məşqinə çıxacaq.

"Borussiya" - "Qarabağ" oyunu avqustun 19-da olacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə