Modern.az

TQDK etiraz edir

TQDK etiraz edir

Təhsil

16 Avqust 2010, 17:27

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) açıqlama yayıb. Modern.az-a daxil olan açıqlamada bildirlir ki, TQDK bir dövlət qurumu olaraq bütün mətbu orqanlarla yaxından əməkdaşlıq edən, ictimaiyyət və  KİV nümayəndələrini maraqlandıran məlumatları operativ surətdə  təqdim edən təşkilatlardan biridir.

Açqıalmada bildirilib:.

“Hər halda KİV təmsilçiləri bunu özləri də yaxşı bilirlər. Ancaq təəssüf hissi ilə qeyd edirik ki, müəyyən mətbuat nümayəndələri bəzi hallarda TQDK-nın işi ilə bağlı heç bir dəqiqləşdirmə aparmadan, qarşı tərəfin fikrini öyrənmədən, hansısa təsadüfi deyilən sözə əsaslanaraq, yoxlanılmamış məlumatları oxuculara təqdim edirlər.
 
KİV-də peşəkarlığa yaraşmayan belə bir halla “Azadlıq” qəzetinin 15 avqust 2010-cu il sayında rastlaşdıq. Belə ki, qəzetin həmin  sayında “Tələbə qəbulunda müəmma” başlıığı ilə dərc olunan bir yazıda guya vətəndaşların TQDK-nın fəaliyyətindən narazılıq etdiyi qeyd olunur və buna dair iki nümunə göstərilir: ”İlk oncə ali məktəblərə qəbul imtahanı zamanı yaranan texniki problemlər, daha sonra isə tələbə adını qazanmış abituriyentlərin daxil olduqları təhsil müəssisələrinə yerləşdirilməsi prosesində şəffaflığın qorunmaması narazılıq yaradan məsələlərdir”.

Sual olunur: Qəbul imtahanı zamanı hansı texniki problem olmuşdur? Ancaq bununla əlaqədar  yazıda heç bir konkret fakt göstərilmir.   

Biz isə bildiririk: Ümumiyyətlə, builki qəbul imtahanlarının təşkilində, gedişi prosesində heç bir texniki problem ortaya çıxmayıb və bunun ən birinci və ən yaxşı  şahidi imtahanlarda iştirak edən 100 mindən artıq abituriyentdir.  

Yazıda TQDK-nın fəaliyyəti ilə bağlı irəli sürülən digər iddia da təəccüb doğurur. Aşağıdakı sətirlərə diqqət yetirək: “Redaksiyamıza müraciət edən valideynlərdən biri övladının yüksək bal toplamasına baxmayaraq ödənişli əsaslarla təhsil alacağını bildirib. Onun sözlərinə görə, Tibb Universitetinin “Müalicə işi” ixtisasına ödənişsiz əsaslarla təhsil üzrə ayrılan yerlərin sayı 135 olsa da, həmin fakültəyə qəbul olunanların sayı “Abituriyent” jurnalında 125 göstərilib. Boş qalmış 10 yer barədə isə heç bir məlumat verilməyib. Qəbul imtahanlarından öncə ”Müalicə işi" ixtisasına ödənişsiz təhsil üzrə 135 yer ayrıldığı rəsmən açıqlanıb. Ancaq imtahanlardan sonra həmin ixtisas üzrə tələbə adı qazanmış abituriyentlərin sayı 125 nəfərdir. Maraqlıdır bəs 10 yer hara yoxa çıxıb?”.

Qeyd edək ki, 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı avqutun 5-də “Abituriyent” jurnalının 6-cı sayında dərc olunub. Hər bir şəxs həmin jurnaldan Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına dövlət sifarişi əsasında (ödənişsiz əsaslarla) qəbul olanları sayaraq 135 nəfər olduğuna əmin ola bilər. Cari ildə adı çəkilən ixtisasa dövlət sifarişi ilə 135 nəfər qəbul ola bilərdi və müsabiqənin nəticələrinə əsasən qəbul planı tamamilə dolub, yəni  123 nəfər Azərbaycan bölməsinə, 12 nəfər rus bölməsinə qəbul olub.  Xatırladaq ki, qəbul elanında 135 dövlət sifrişli yer Azərbaycan və rus bölməsinin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul olanların sayını düzgün hesablaya bilməyənlər, yumşaq desək, əgər iddialarında qəzəz güdmürlərsə, deməli məhz bu faktı nəzərdən qaçırıblar.

Biz bu cür əsassız iddia ilə çıxış edənlərin barmaq hesabı ilə saymağı bacardıqlarına ümid edərək “Abituriyent” jurnalının 6-cı sayında “Müalicə işi” ixtisasına dövlət sifarişi əsasında qəbul olanların sayını səhifələr üzrə təqdim edirik ki, oxucular da, yazı müəllifi də yazını çapa hazırlayan redaksiya işçisi də hər şeyi olduğu kimi görsünlər:

Azərbaycan bölməsi

Səhifə

Qəbul olanların sayı

2

8

3

16

4

7

5

12

6

10

7

1

8

10

9

10

10

7

11

6

12

4

13

10

14

6

15

9

16

5

17

2

 

                             Rus bölməsi

Səhifə

say

34

5

35

5

36

2

 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə