Modern.az

XXI əsrdə yox olacaq şəhərlərin siyahısı açıqlandı

 XXI əsrdə yox olacaq şəhərlərin siyahısı açıqlandı

Təhsil

16 Avqust 2010, 17:35

Qlobal istiləşmə və iqlim dəyişikləri 21-ci əsrdə bir neçə şəhəri yer üzündən siləcək. Modern.az-ın məlumatına görə, «Forbes» jurnalında göstərilir ki, hazırda sözügedən şəhərlərdə milyonlarla insan yaşayır. Bunlar dünyanın ən böyük şəhərlərindəndir. Hesab olunur ki, bu şəhərlər 21-ci əsrin sonunda  tamamilə yox olacaq.

Bu şəhərlər aşağıdakılardır.

Amerika Birləşmiş Ştatlarının Detroyt şəhəri 21-ci əsrdə yox olacaq şəhərlər arasındadır. Detroytdakı nəhəng binalar tərk ediləcək və bura ölüm şəhəri olacaq.

Meksikanın paytaxtı Mexiko da gələcəkdə yox olacaq şəhərlər arasındadır.     Mexikoda  elə indi böyük problemlər mövcuddur.

Qambiyanın Banjul şəhəri də yer üzündən silinəcək şəhərlər arasındadır. Banjul 21-ci əsr bitmədən səhraya çevriləcək.

Rusiyanın İvanovo şəhəri gələcəkdə kimsənin yaşamadığı xəyali bir şəhər olacaq.

İtalyanın Neapol şəhəri də 21-ci əsrdə yox olacaq şəhərlər siyahısına salınıb. Neapolu yanardağ Vezuvinin yox edəcəyi fərz edilir.

“Maliyyə şəhəri” kimi min illik bir keçmişə sahib Timbuktu şəhəri getdikcə səhralaşır. Mütəxəssislər yaxın gələcəkdə Timbuktunun xəritədən silinəcəyini deyirlər.

İtalyanın Venedik şəhərini yaxın gələcəkdə su basacağı iddia edilir. İtalya hökuməti Venediki qurtarmaq üçün nəhəng bir anbar tikməyi və şəhərin sular altında qalmasına maneə olmağı planlayır. Ancaq mütəxəssislər bu proyektin müvəffəqiyyətli olmasına inanmır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə