Arxiv
3 Dekabr 2014, 12:38 | AKTUAL
Həzər xəyanətdən!!!

(yazsam öldürərlər...  yazmasam ölləm... - silsiləsindən)

... Rəvayətin yaşı olmur.  Qərinələrin əyyamlarının birində olan hadisədir. Ağızdan-ağıza, dildən-dilə gəzib, gəlib bu günümüzə də mənim rəvayət edəcəyim kimi çatıb.

“Çox sadə və zəhmətkeş bir ailənin gəlini ilk hamiləliyinin ilk aylarını keçirirdi. Allaha yolundan dönməyən, namazını, sədəqəsini ötürməyən  gəlin bir zəhmətkeş  ailəyə də qismət olmuşdu. Əri səhərlər əkinə biçinə gedər, özü də ki, evinə-ailəsinə yardımçı olsun deyə, corabdan, əlcəkdən toxuyub, bazarda satdırardı. Bir gün  ev işlərini bitirib, qonşusunun evinə keçir.  Qonşu ilə danışıb -dərdləşirlər. Birdən bu hamilə gəlinin gözünə taxçadakı  sinidə qoyulmuş portağallar sataşır. Portağallar sanki Günəş kimi gəlinin üzünə gülür, “gəl götür məni ye” deyirdi. Gəlin çox gözləyir ki, evin sahibəsi onu bu portağallara qonaq edəcək. Malisəf  qonşunun da yadından çıxır ki, rəfiqəsinə portağal ikram etsin.  Ev yiyəsi otaqdan çıxanda hamilə gəlin tez ayağa durub əlində corab toxuduğu milin birini portağala batırıb, bir neçə dəfə dodaqlarına çəkir. Elə bilir ki, dünyaları ona verdilər. ..”.

İllər dönür, zaman dolanır.  Aillənin 4-5 uşağı olur. Evdəki birinci uşaq heç ipə -sapa yatmır. Harada  dolu kisə görürsə, vurub-dağıdır, qonşu çəpərlərini uçurur, birinin vurub inəyini kör edir...  bir sözlə kənd bu uşağın əlindən zara gəlir. Ata və anasına hörmət etdiklərindən, bərk cəzalandıra bilmirlər.  Valideynlər də utandıqlarından  qohum-qonşu yanında xəcalətli gəzirlər. Bir gün zəhmətkeş ailə başçısı arvadını sorğu-suala tutur ki, ay arvad, 10-12 ildir ki, biz bir ailəyik. Bu nə sirdir ki, bütün uşaqlarımız sakit, tərbiyəli, ancaq bu böyüyümüz ipə-sapa yatmır. Bəlkə nəsə bir günahın olub, bəlkə ... Arvad and-aman edir ki, heç bir günahı yoxdur. Bu söhbətdən bir neçə gün keçmiş, kişi bazardan evə portağal alıb gətirir. Qadın birdən barmağını dişləyir.  Ərinin şam yeməyini verəndən sonra, çay süfrəsində ona deyir: “Ay kişi, sənə bir sirr açım. Birinci oğlumuza hamilə olanda qonuşunun evindəki portağaldan icazəsiz dadmışdım. Harama əl uzatmışdım”. 
Kişi həmən qadınına deyir. Bax həmin haramdan bu haramzadə  əmələ gəldi.  Mən deyirəm axı, mənim evimə haram girməyib. Halal zəhmətimə haram qatmısan”.

Bu rəvayət nə qədər qədim olsa da, əslində əsası var. Bizim dövrdə isə yalan ayaq tutub yeridiyi kimi, haram da maya tutur. Heç kimə sirr deyil ki, varlı-milyionçuların qazanclarının əksəriyyəti haramdan maya tutur. Lakin ailələr var ki, odasına 1 qəpiklik haram girsə viran olar, çünki, o ailə harama öyrənməyib, mayası halaldan tutulub.

Övlad tərbiyəni ailədən, sonra da cəmiyyətdən alır. Yetkinlik yaşından sonra isə insanı cəmiyyət yetişdirir.  Görəsən cəmiyyətimizin formalaşmasında milli ideoloqlarımız hansı səhfə yol veriblər ki, bu gün Vətəndən qaçıb gedənlərimiz çoxalır, bir PKK-çı Abdullah Öcalanı sevir, digəri Ermənistanda Talış televiziyası yaradıb, düşmənlərimizin içində  Azərbaycanın  pisinə danışır. Bu hadisələr  çoxunu yandırmasa da, sadə ziyalıları, alimləri, yazıçıları yandırır, bir qism insanlarımız var ki, həqiqətən  Vətənə olan xəyanəti ürəklərindən ağrı kimi, dərd kimi keçirirlər. Vətənə xəyanət etmişlərin ağrısı  bir çox vicdanlı vəətəndaşlarımıza əks təsir edir.

Xəyanət hardan başlayır? Əslində , kiminsə haqqını yemək, layiq olduğu əmək haqqını verməmək də xəyanət kimidir.  Bu gün o qədər haqqı yeyilənlərimiz, xəyanətə uğrayanlarımız var ki...  Hər il Statistika Komitəsi yüzlərlə iş yerinin açılması barədə rəqəmlər açıqlayır.  Lakin ətrafımıza nəzər salanda görürük ki,  100 nəfərdən 70-i iş axtarır.  Hər gün Bakı-Sumqayıt-Bakı yolu ilə səhərlər işə gedənlər bu yolda 2 saat vaxt sərf edirlər. Baxmayaraq ki, Bakıdan Sumqayıta qədər olan məsafə 31 kilometrdir. İldə neçə dəfə eyni yolu söküb-tökmək və yenidən tikmək də dövlət büdcəsinə edilən xəyanət deyilmi?!  Rayonları və şəhərləri dövlət büdcəsindən  ayrılan  külli miqdarda  vəsait hesabina “abadlaşdıran” və  rayonlarda yol çəkmək, iş yerləri açmaq  əvəzinə  yollarda  hasar tikib, xalqı  hasara alırlar.  Sumqayıtda  ağacları qırıb, yenidən  başqa ağaclar əkirlər, yolların da vəziyyəti hamıya məlum... Məgər o büdcədən ayrılan pullarla  kiçik iş yerləri tikib, sənaye şəhərində yeni  iş yerləri açmaq olmazmı? Bu da yenə dövlət büdcəsinə xəyanət deyilmi? Haram deyilmi?! Axı  o pullarda bizim vergilərimiz var. Halal zəhmtlə pul qaznanların vergisi.  İş yerləri açın ki, insanlar yenə öz kəndlərində, öz rayonlarında  işləyib, axşam evinə halal çörək aparsınlar.  Bakının yollarında can çürütməsinlər. İş yerləri çox olarsa, ölkədən gedənlərin də, cinayətlərin də sayı azalar.

Hərdən mənə elə gəlir ki, xəyanət havası ilə boğuluruq. Vətənə xəyanət anaya xəyanət kimidir. Analarımız əsgər gedən oğluna, Vətən , torpaq əmanəti deyirlər. Son iki gündə  Azərbaycan Respublikası MTN-nin yaydığı məlumatın şokundayam. Bu məlumatın içərisində də xəyanət var axı.  Azərbaycanın Milli Qəhrəmanı,  Laçın uğrunda döyüşlərdə 1992-ci ildə şərəflə həlak olmuş Kamil Nəsibovun oğlunun adı ağır bir cinayətdə çəkilir. Mən inanmıram ki, o qəhərmanın  ailəsinə dövlətimiz tərəfindən qayğı göstərilməmiş olsun.  Azərbaycan Prezidenti bütün şəhid ailələrini uca tutur, onların  hər biri ilə maraqlanmağı cavabdehlərdən tələb edir. Yəni burda da xəyanət ola bilərmi? Ən azı ona görə inanmaq istəmirəm ki,  2001-2013-cü illərdə Baki Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim kimi çalışıb Namiq Nəsibov.  Barı atasının ruhundan utanaydı, barı atasına xəyanət etməyəydi.  Həbs olunandan sonra ilk ifadəsində “Mən Abdullah Ocalan sevdalısıyam” – deyən oğlan, həqiqətən də evində  atasının uğrunda şəhid olduğu Azərbaycan bayrağını deyil, PKK bayrağını  saxlayır. Ürəyinin başında Milli Qəhrəman Kamil Nəsibovun şəklini gəzdirməkdənsə, türklərin qanına susamış Abdullah Ocalanın şəklini gəzdirir. Beləsinə  “haramzada” deməyib , nə deyəsən axı?!

Bu gün bir məni deyil, bir çoxlarını maraqlandıran sual çıxır ortaya?! Niyə vaxtında ifşa edilməyib?  Nəyi gözləyirdik? Sosial şəəbəkələrdəki çağırışları,  PKK düşərgələrinə gedib- gəlmələri barədə məlumat azlıqmı edirdi?  Kim bizə zəmanət verər ki, onun əhatəsinə yığdığı, ideoloji  PKK kürdçülüyü təbliğatı apardığı həmfikirləri sabah  ictimai nəqliyyatda, yaşayış binalarında terrorlar törətməyəcək. Axı Öcalanın  dəstəsi bu işi gözəl bilir.  Biz jurnalistlər, ictimai fəallar sosial şəbəkələrdə hansısa məmur özbaşnalığından narazılıq edəndə, rüşvətxorluğun qarşısı kəsilsin deyə, haray çəkəndə, qırılan ağcların genosidinə son qoymaqçün çağırışlar edəndə MTN və polis orqanları yazdıqlarımızı az da olsa nəzarətə götürür, sosial şəbəkədə yazdığımız haqq sözümüzə görə işdən çölə atılırırq. Nədi ki, haqq üçün bir söz demişik. Ancaq Namiq Nəsibov boyda  “PKK sevdalısı” , polsiə çağırılıb xəbərdarlıq edilməklə canını qurtarır. Budurmu ayıq- sayıqlıq, nə doğru ki,  ürəyimizi ağrıdan xəyanətləri yazan biz, “bizə nəzarət edənlər”dən daha çox sevirik bu Vətəni!!!


Bizim evdə hamı Atatürk sevdalısı idi. Zəhmətkeş dərzi atam evimizə bir tikə də haram gətirməmişdi.Hər zaman iynə-sapı ilə  halal cörək qazanmışdı. Beş övladına haram tikə yedirməmişdi. Evimizdə hər zaman Vətən,Torpaq sədaqətindən, mərdlikdən söhbət getmişdi.  Müstafa Kamal Atattürkün adı gələndə isə atamın gözlərində hər zaman nəm qarışıq iftixar  görmüşdüm. Bizi ATATÜRK sevdası,  Azərbaycan -Vətən sevdası  ilə böyütdü.   

1999-cü ilin əvvəli idi. O zaman Türkiyənin baş naziri Bülənt Ecevit idi.   PKK terrorçularının  1999-cu ildə Türkiyədə kütləvi surətdə törətdikləri qətllərə, terrorlara görə  silsilə cinayətləri aşkar olunmuşdu. Yadınıza gəlməmiş olmaz. O zaman  Türkiyə televiziyaları terrorçuların qətlə yetirdikləri insanların cəsədlərini meşələrdən, çöllərdən tapıb çıxarırdılar.  O zaman  rəhmətlik atam Məmmədşah ilk infarktını keçiribmiş. Bunu sonradan biləcəkdik. Elə həmin ilin fevral ayında Bülənt Ecevetin dəmir iradəsi ilə  PKK-çıların lideri Abdullah Ocalan həbs olundu.      

Mən də həmişəki jurnalist fəaliyyətimdə davam edirdim. İstəyirdim ki, Azərbaycanla bağlı olan  PKK kürdləri əlaqələndiricilərindən, PKK-çılardan dəstək alan, burada fəaliyyət göstərən  vətəndaşlarımızdan yazım...  Moskvadakı PKK terror təşkilatının maliyyəçisi İsmayıla qədər  çözələmişdim. Sonra dayandım... Dayandırdılar!!! O sənədləri məhv elədim.

Bu bildiklərimi isə unutmamışam. Abdulla Öcalanın  müridlərinə etdiyi tövsiyələri:

“Öldürün ki, avtoritet olasınız.

Kəndlərə getsəniz, kəndlərdə qarışıqlıq salacaqsınız, nə olsa da bir avtobusa, bir təyyarəyə minmək çətin deyil ki. Özünə bomba bağlaya bilən minlərcə insanımız var.

Nə qədər çox təbliğat, təşviqat etsəniz, o qədər də avtoritetiniz olacaq.

İki ildir ki, sizi bəsləyirik, bütün ehtiyaclarınızı ödəyirik. Sizi hər cür bəla və təhlükədən qoruyuruq. Ya bunun əvəzini ödəyəcəksiniz, ya da PKK-ya xəyanət etmiş hesab olunacaqsınız.

Ankaraya çıxmaqla partiyalaşdıq, Orta doğuya çıxmaqla ordulaşdıq, Avropaya çıxmaqla  dövlətli, varlı olacağıq”.

PKK Terror Təşkilatının 1984-2006-ci illər arasında Türkiyədə  öldürdüyü insanların sayı:

5219 vətəndaş, 1330  kənd gözətçisi,  325  məmur, 123  müəllim. (Rəqəmlər və sitatlar USAK Araştırma Raporundandır.)

Bu gün Türkiyə Hökuməti və dövləti Abdulla Öcalana qarşı mülayim  mövqe tutub.  Namiq Nəsibovun ilkin ifadəsində  dediyi “Mən PKK sevdalısıyam” sözü  PKK-çılara mesaj olmasın ya?!  Bəlkə,  düşünür ki,  İmralı həbsxanasında istirahət edən Abdulla Ocalanın tapşırığı ilə özünü buradan qurtara biləcək. Axı Türkiyədə  Öcalana qarşı  hakim dairələrdə havalar mülayimdir.

Azərbaycan tolerant bir ölkədir. Bu gün artıq dünyada multikultiralizmin mərkəzi də hesab olunmağa başlayıb. Burada yaşayan kürd də, talış da, tat da, ləzgi də, udin də  əslində Vətənimizin havasına, suyuna minnətdar olmalıdır. Bəlkə məktəblədə dərslər zəifləyib? Bəlkə ideoloji təbliğat apara bilmirik?!  Bu gün  bir nəfər ailmlə  bu barədə söhbət edərkən,  mənə dedi ki, insanların hamısına eyni münasibət olsa, iş yerləri çoxalarsa,  müəllimin, həkimin aylıq maaşı onun aylıq tələbatını ödəsə, vətənpərvərlik də artacaq. Çünki 1941-45-ci illərin isanlarından  fərqli olaraq, bu gün hamı Vətən üçün çalışmır axı. Çoxları Vətənə ancaq qazanc yeri kimi baxır. Belə olanda da mizan tərəzi pozulur.

Nə olur, Dövlətimizi, Vətənimizi, Bayrağımızı  sevin!!! Onu terroristlərə,  rüşvətxorlara, talançılara, dini qruplaşmalara  yem etməyin!!!  Vətən bizə fərq qoymadığı kimi, biz insanlar da vəzifəsindən və çəkisindən asılı olmayaraq, bir-birimizi dinləyib, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirsək, bu Vətənin pulu da, çörəyi də hamıya çatar!!!  İmkan verək ki,  dövlətimizin başçısı Vətənimizə dikilən xarici düşmənlərimizlə  sonacan  döyüşə bilsin. Hələ nə qədər xarici düşmənlərimiz var. İçimizdəki düşmənləri seçmək çox vaxt çətin olur əslində. Necə deyərlər, məni dostumdan  qoru, düşmənimi tanıram.  Öz əlimizlə öz kürəyimizə zərbə vurmayaq.

Həzər XƏYANƏTDƏN!!! Unutmayın ki, haram tikə  ilə bir böyük  XƏYANƏTin əsası qoyulur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Qazax yolunda ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 00:31 Gültəkin Hacıbəylinin Avropa İttifaqı və ABŞ diplomatı ilə telefon danışığı yayıldı - VİDEO 20 Oktyabr 2019, 23:59 UEFA “Qarabağ”ı  8 min avro cərimələdi 20 Oktyabr 2019, 23:46 Abşeronda taksi 60 yaşlı kişini vurub 20 Oktyabr 2019, 23:33 Bakıda möhtəşəm konsert - VİDEO 20 Oktyabr 2019, 23:16 Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub 20 Oktyabr 2019, 22:48 ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50