Arxiv
4 Dekabr 2014, 13:59 | AKTUAL
Nazir ATƏT-in iclasında Azərbaycanın narahatlığını bəyan etdi


Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmadyarov ATƏT-in Nazirlər Şurasının İsveçrədə keçirilən 21-ci iclasında çıxış edib.

 E.Məmmədyarov bildirib ki, Avropa və bütövlükdə qlobal təhlükəsizlik arxitekturasının ciddi təhdidlər qarşısında olduğu bu kritik dövrdə ATƏT iştirakçı dövlətlərin meydana gələn çağırışlara qarşı ortaq addım atmasında əvəzolunmaz faydalı platforma olmaqda davam edir.

Modern.az xəbər verir ki,nazirin sözlərinə görə, Azərbaycan kimi bloklara üzv olmayan ölkələr üçün ATƏT maraqları birtərəfli hökmranlığın təzyiqlərindən müdafiə və təşviq etmək üçün yeganə çoxtərəfli formatıdır.

“Biz bir-birinə müxalif olan siyasi-hərbi bloklar arasında artan rəqabət nəticəsində bölücü xəttlərin dərinləşməsindən və Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in rolunun getdikcə daha da zəifləməsindən ciddi şəkildə narahatlıq hiss edirik. ATƏT həm genişlənən siyasi/hərbi bloklar, həm də bloklara üzv olmayan ATƏT-in iştirakçı dövlətləri arasında etibarlı və təhlükəsiz münasibətlər şəbəkəsinin yaradılmasında istifadə olunmalıdır.

ATƏT-in hazırkı gündəliyində məqsədyönlü şəkildə insan hüquqları və fundamental azadlıqlarla bağlı məsələlərə həddindən artıq böyük diqqət yetirilir. Demokratiya quruculuğu sahəsində böyük dəstəyə rəğmən, təəssüf ki,  bəzən biz müfəssəl və bütöv yanaşmada çatışmazlıqlar, ikili standartlar, bəzi ATƏT institutları tərəfindən mandatlarının pozulması və insan hüquqlarına münasibətdə narahatlıqlar adı altında ATƏT iştirakçısı olan dövlətlərdə təhlükəsizliyi pozmağa yönəlmiş cəhdlər müşahidə edirik. Biz müvafiq ATƏT institutlarını etimadı bərpa etmək istiqamətində ciddi səylər göstərməyə və müvafiq mandatlarını icra edərkən ikili standart, coğrafi  və digər üstünlüklərdən uzaq olmağa çağırırıq”.

E.Məmmədyarov təəssüflə qeyd edib ki, ATƏT ərazisindəki həlli uzadılmış münaqişələr Avropa qitəsində sülh və təhlükəsizliyə hələ də əsas təhlükədir. ATƏT-in vasitəçilik imkanlarının gücləndirilməsi Helsinki Yekun Aktının əsas prinsiplərinin selektiv təfsirinə və ATƏT iştirakçısı olan dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdlərinə qarşı ciddi müqavimətlə müşayiət olunmalıdır.

“Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq 4 qətnaməsinə açıq-aşkar hörmətsizlik olaraq qalmaqda davam edir.

Təəssüflər olsun ki, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi, Uels və Parisdə keçirilən sonuncu danışıqlarından sonra Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində irimiqyaslı təxribatçı hərbi təlimlər həyata keçirdi. Hər üç görüşdə sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə müəyyən müsbət işarələr var idi. Ermənistan tərəfindən belə təxribatçı güc nümayişi bu danışıqların ruhuna, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin səylərinə uyğun gəlmir və Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan ərazilərindən çıxarılmasının siyasi həllinə nail olunması istiqamətində etimadın qurulmasına mənfi təsir göstərir. ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı hərbi heyət və texnikanın cəlb edilməsi ilə keçirilmiş Ermənistanın bu irimiqyaslı hərbi təlimləri ilə bağlı narahatlıqlarını ifadə etmişlər. Ermənistanın bu kimi hərbi təlimləri təkcə vasitəçilərin sülh danışıqlarında irəliləyiş əldə etməsinə maneçilik cəhdi kimi deyil, eyni zamanda ərazilərin işğalının möhkəmləndirilməsinin davam etməsi kimi qiymətləndirilməlidir.

Azərbaycan dəfələrlə bəyan edib və mən də bunu bir daha təkrar edirəm ki, hər an gözlənilməz nəticələrə yol aça biləcək gərginlik potensialı ilə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu sabitliyi pozan əsas amildir.

 Ermənistan hökuməti dərk etməlidir ki, hərbi təcavüz nəticəsində güc tətbiqi ilə əldə olunmuş status-kvoya arxalanmaq ciddi səhvdir. Azərbaycan ərazilərinin işğalı və yerli əhalinin öz doğma yurd-yuvalarından etnik təmizlənməsi həll yolu deyil və heç vaxt Ermənistanın arzu etdiyi siyasi nəticəni verməyəcəkdir. Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması etimadın qurulması üçün önəmli addım olacaq və sülh prosesinin gedişatını tamamilə dəyişəcək və Cənubi Qafqaz regionunun hərtərəfli və davamlı inkişafı üçün geniş imkanlar yaradacaq.

Sonda, Paris sammitində Prezident Fransua Oland, həmçinin Minsk Qrupunun həmsədrləri tərəfindən dəstəklənən və çağırış edilən sülh sazişinin tərtib edilməsinə Azərbaycanın hazır olduğunu bir daha vurğulamaq istərdim. Bizim hamımız Ermənistanı bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməyə çağırmalıyıq”.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray”  doğma meydanda məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2019, 00:57 Əsəddən Ərdoğanla Putin razılaşmasına dəstək gəldi 23 Oktyabr 2019, 00:45 AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı 23 Oktyabr 2019, 00:39 Hacıqabulda qadın yük maşınının altında qaldı 23 Oktyabr 2019, 00:27 Gəncədə 17 yaşlı gənc qətlə yetirildi 23 Oktyabr 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 22 Oktyabr 2019, 23:51 Parlament "Brexit" haqqında yeni qanun qəbul etdi 22 Oktyabr 2019, 23:38 NATO Türkiyəyə qarşı çıxmayacaq 22 Oktyabr 2019, 22:57 Rusiya televiziyası İlham Əliyevin tələbə biletini nümayiş etdirdi - FOTO 22 Oktyabr 2019, 22:34 "Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb"  - ŞƏRH 22 Oktyabr 2019, 22:19 Ərdoğanla Putin bu məsələlərdə razılaşdı - VİDEO 22 Oktyabr 2019, 21:59 "Qarabağ" - APOEL matçına 25 min bilet satılıb 22 Oktyabr 2019, 21:41 Qarabağ əlilləri, veteranları və şəhid ailələrindən Prezidentə DƏSTƏK 22 Oktyabr 2019, 21:33 “Mövqeyimizi ortaya qoymalıyıq” – Eldar İbrahimovdan  həmkarlarına və YAP-çılara çağırış 22 Oktyabr 2019, 21:18 Müdirlərə qadın katibə rəsmən qadağan olundu 22 Oktyabr 2019, 21:01 Bələdiyyə sədri həbs edildi 22 Oktyabr 2019, 20:44 Prezidentdən Baş Nazirin yeni müavininə TAPŞIRIQ: “İnhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır” 22 Oktyabr 2019, 20:28 ABŞ səfirliyi cavab verdi:  “Yalandır və absurddur”  22 Oktyabr 2019, 20:16 Milli Park ərazisində ceyran ovlayanlar saxlanıldı 22 Oktyabr 2019, 20:01 Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20