Modern.az

Rusiyadan Qarabağ AÇIQLAMASI: “Moskva öz nüfuzundan istifadə edir”

Rusiyadan Qarabağ AÇIQLAMASI: “Moskva öz nüfuzundan istifadə edir”

4 Dekabr 2014, 22:03

 

“Bakı Moskvanın strateji partnyorudur. Azərbaycan Rusiyaya köklənmiş dostdur. İki ölkənin münasibətləri çox yaxşıdır. Bu həm siyasi, həm də iqtisadi sferaya aiddir. Bununla belə, Azərbaycan hələ hansısa bir inteqrasiya birləşmələrinə daxil olmağı planlaşdırmır”.  

Modern.az saytının verdiyi məlumata görə bunu “Vestnik Kavkaza” portalına açıqlamasında Rusiya Dövlət Dumasının Beyəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov Moskva-Bakı əlaqələrini şərh edərkən deyib.   Onun sözlərinə görə rəsmi Bakının Rusiyanın iştirak etdiyi inteqrasiya mexanizmlərində (Avrasiya İqtisadi İttifaqı nəzərdə tutulur-red)  iştirak etməsi Azərbaycan rəhbərliyinin qərarından asılıdır.  

Komitə sədri bildirib ki, Rusiya heç kəsi kənara qoymaq niyyətində deyil. “Bu halda Rusiya-Azərbaycan əlaqələrindəki kimi yaxşı əhval-ruhiyyə kimi  müsbət bazanın qalması əhəmiyyətlidir”,-deyə Aleksey Puşkov söyləyib.  

Moskvanın rəsmi Yerevanla əlaqələri barədə də danışan Dövlət Dumasının komitə rəhbəri Ermənistanın Rusiya üçün ittifaq dövləti olduğunu qeyd edib.

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxildir. Həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasından söhbət gedir”.

Aleksey Puşkov Dağlıq Qarabağ problemindən söz açaraq bildirib ki, bu, postsovet məkanında ən mürəkkəb münaqişələrdən biridir. Onun bildirdiyinə görə Rusiya Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar aparılması üçün gücü çatan qədər səy göstərir.

“Moskva donmuş münaqişənin açılması üçün öz nüfuzundan istifadə edir. Rusiyanın indi rolu məhz buna yaxınlaşır. Bu münaqişənin həlli imkanlarının siyasi yolları mümkündür. Moskva problemin siyasi müzakirəsinə maksimal imkanların yaradılması üçün səylərini ortaya qoyacaq. Gücdən istifadəyə isə cəhd etməyəcək”.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər