Modern.az

Türkiyənin İsraildəki səfirliyinə basqın olub

Türkiyənin İsraildəki səfirliyinə basqın olub

Təhsil

18 Avqust 2010, 09:50

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, bu ölkənin Təl-Əvivdəki səfirlinə silahlı basqın edən və səfirlyin əməkdaşını girov götürmək istəyən fələstinli zərərsizləşdirilib.
Məlumata görə, fələstinli qısa bir müddətə də olsa iki səfirlik işçisini girov saxlamağa macal tapıb.
Bildirilir ki, basqınçı televiziya kanallarına zəng edərək səfirliyin əməkdaşını girov götürdüyünü və binanı partladacağını söyləyib. Özünü Nədim İnjas kimi təqdim edən bu şəxsin iki il əvvəl İngiltərədən siyasi sığınacaq istədiyi və Türkiyə səfirliyinin ərazisinə də bu məqsədlə girdiyi xəbər verilir.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirlir ki, hazırda səfirliyə silahlı basqın edərkən yaralı vəziyyətdə yaxalanmış fələstinlinin ifadəsi alınır və məsələ tam aydınlaşdıqdan sonra əlavə açıqlama veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə