Modern.az

Kadırovun hədəsindən sonra 3 deputatın mühafizəsi gücləndirilib

Kadırovun hədəsindən sonra 3 deputatın mühafizəsi gücləndirilib

7 Dekabr 2014, 20:00



Çeçenistanda “Azov” və “Dnepr” batalyonlarının komandirlərinə qarşı terrorizmi dəstəkləmək ittihamı ilə bağlı cinayət işinin qaldırılmasından sonra Ukrayna hakimiyyəti xalq deputatalarının müdafiəsinə qalxıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbərinin müşaviri Marikyan Lubkivski Çeçenistanın rəhbəri Ramzan Kadırovun bəyanatını üç deputata qarşı cinayət təqibini “mənasız təhlükə” adlandırsa da, xalq deputatlarının mühafizəsinin gücləndirilməsi qərara alınıb: “Mən Kadırovun söylədiyini sakit qarşılayıram, ancaq Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin tapşırığı ilə deputatlar Beryoza, Mosiyçuk və Levusa mühafizə altına alınıblar”.

Dekabrın 4-də Qroznıda törədilən terror aktından sonra Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukrayna Ali Radasının deputatalrı Yuri Beryoza, Andrey Levus və İqor Mosiyçuk terrorçuları dəstəkləyən fikirlər söylədiklərinə görə onların barəsində cinayət işinin qaldırılmasına göstəriş verib.

“Xalq Cəbhəsi”ndən deputat seçilən Andrey Levus Rusiyadan yaraqlılara qarşı əməliyyatı dayandırıb onlara danışıqlara gedilməsini tələb edib. Onun partiyadan olan həmkarı, “Azov” batalyonuna komandirlik edən İqor Mosiyçuk bəyan edib ki, Ukrayna Qavqazda və Orta Asiyada cəbhə açılmasını dəstəkləməlidir. “Dnepr-1” batalyonunun komandiri Yuri Beryoza isə terrorçuları “öz qardaşları” və Ukraynanın müttəfiqi adlandırıb. Rusiya İstintaq Komitəsi də bu fikirlərlə bağlı araşdırma aparır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı