Modern.az

Prezident öz maaşını artırmaqdan imtina etdi

Prezident öz maaşını artırmaqdan imtina etdi

7 Dekabr 2014, 22:54



Malavi prezidenti Piter Mutarika və onun müavini Saulos Çilima əmək haqlarının 80 faiz artırılmasından imtina ediblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu hökumətin katibi Corc Mkondiva bəyan edib: “Əmək haqqının artırılması təklifi ədalətli olsa da, prezident çətin iqtisadi zamanda yaşayan Malavi xalqı ilə həmrəylik əlaməti olaraq ondan imtina edib”.

Prezidentin yeni əmək haqqı ayda 5263 dollar (indi 2930 dollardlır) olmalı idi. Vitse-prezidentin aylıq maaşı 3500 dollara qədər (hazırda 1950 dollar alır) artmalı idi. Hökumətdəki 20 nazirin aylıq gəliri 1150 dollardan 3000-ə qədər artıb, bundan əlavə 1600 dollar da yanacaq üçün verilir. Parlamentin 193 deputatının əmək haqqı demək olar 5 dəfə artaraq 242 dollardan 1150-yə çatıb. Onların hər birinə ayda 1600 dollar da yanacaq xərci veriləcək.

Malavidəki 170 min dövlət qulluqçusunun orta aylıq əmək haqqı orta hesabla 100 dollardır. 15 milyon əhalisi olan Cənubi Afrika ölkəsində insanların demək olar yarısı gündə 1 dollar hesabına yaşayır. Malavinin dövlət büdcəsinin kəsiri 205 milyon dollar təşkil edir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi