Arxiv
8 Dekabr 2014, 09:45 | AKTUAL
Saatla işləyən Rusiya və Türkiyəyə İran da qoşula bilər - TƏHLİL

Vladimir Putinin Türkiyəyə axırıncı səfəri və analitiklərin bundan doğan  fikirləri belə düşünməyə əsas verir ki, Moskva və Ankara Qərbə qarşı yeni cəbhə açmaq istiqamətində birgə fəaliyyətə start verəcək. Bu, özünü adı çəkilən ölkələrin müxtəlif sahələrdə əməkdaşlıq məsələsində göstərəcək.

Siyasi və iqtisadi maraqların ortaq nöqtələri Türkiyə ilə Rusiyanın Qərb siyasi çevrələrinə qarşı mübarizə aparması üçün, daha doğrusu müdafiəsi üçün təkanverici amil rolunu oynayır.

100 illərin sınağı göstərir ki, Qərb Rusiya və Türkiyəni güc olaraq qəbul etmək istəmir.

İqtisadi maraqlar deyərkən, Qərbin tətbiq etdiyi sanksiyalar fonunda çökən Rusiya iqtisadiyyatı və Moskvanın özünə yeni ticarət partnyorları axtardığı siyahıda Türkiyənin bəlkə də birinci yerdə dayanmasını nəzərdən qaçırmaq olmaz.

Onsuz da, hər iki ölkənin iqtisadi əlaqələrində ildən-ilə artan müsbət tendensiyalar var idi. Kremlin başçısı Vladimir Putinin Rusiyanın “Cənub axını” qaz layihəsindən imtinasını və Moskvanın bundan sonrakı enerji siyasətinin əsas fiqurunun Türkiyə olmasını bəyan etməsi iki ölkə arasındakı iqtisadi münasibətlərin bir az da sürətləndiriləcəyinə işarədir.

Türkiyə və Rusiya arasındakı ticarət dövriyyəsinin yaxın perspektiv üçün 100 milyard dollara qədər qaldırılması isə iki dövlət arasında olan problemləri də artıq arxa plana atacaq.

Üstəgəl, Rusiyanın Türkiyəyə verdiyi qazın qiymətini 2015-ci ilin yanvar ayından etibarən 6% aşağı salması (Türkiyə 1000 kubmetr Rusiya qazı üçün 425 dollar ödəyirdi), Türkiyəyə veriləcək qazın həcminin artırılması planı iki ölkəni iqtisadi müstəvidə regionda müttəfiq edəcək.

Qərbin sanksiyalar tətbiq etməsi nəticəsində Rusiyada yaranan iqtisadi böhran, rublun dəyərinin günü-gündən aşağı düşməsi Moskvanı təcili tədbirlər görməyə vadar edir.

Belə bir məqamda isə Rusiya üçün ən etibarlı tərəfdaş Türkiyə ola bilər və ekspertlərin proqnozlaşdırdığına görə, sanksiyalar fonunda regionda Rusiyanı dirçəldə biləcək yeganə qüvvə Türkiyədir.

İqtisadi tərəfdaşlıq istənilən nəticəni verərsə, bu ölkələr arasındakı münasibətlər heç şübhəsiz ki, strateji partnyorluq səviyyəsinə gəlib çıxacaq.

Söhbət əsasən, Türkiyə və Rusiyanın Qərbə qarşı mövqeyindəki paralellikdən gedir. Türkiyə və Rusiyanın son zamanlar Qərbə qarşı bəyanat və ittihamlarında prinsipcə fərqlər olsa da, hazırkı stiasiya bu iki dövlətin Qərbdən qorunmaq üçün yeni birlik yaradacaqları ehtimalını gücləndirir.

Geopolitik maraqlarda isə Rusiya və Türkiyə arasında fikir ayrılıqları mövcuddur ki, bu da xüsusən, Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar məqamlarda daha açıq şəkildə təzahür edir.

Rusiya Bəşər Əsədi dəstəkləyir, Türkiyə isə ona müxalif qüvvələrə dəstək verir. Amma Suriya məsələsindəki mövqelərin fərqliliyi Türkiyə və Rusiyanın güclənən iqtisadi əməkdaşlığına elə də nəzərəçarpan kölgə salmır. Bu, məsələnin görünən tərəfidir.



Regionun aparıcı iqtisadi və siyasi qüdrəti olan amillərdən söz açarkən İran faktorunu nəzərə almamaq olmaz.

Bu ölkə də Rusiya və Türkiyə kimi Qərbin görmək istəmədiyi güclər siyahısındadır. Məhz bu məqamdam çıxış edərək, gələcəkdə Qərbdən qorunmaq üçün Rusiya-Türkiyə tandeminin Rusiya-Türkiyə-İran üçlüyünə çevrilə biləcəyi də gözləniləndir.

Bunun da əsasında İranın hər iki ölkə ilə iqtisadi əlaqələrinin yaratdığı amillər dayanır.

Analitiklər hesab edirlər ki, Suriya məsələsində Rusiya-İran yaxınlaşması Türkiyəni Qərbə qarşı açılması ehtimal edilən cəbhədə heç də arxa plana atmayacaq.

İndiki geopolitik şərtlərin diktəsi və hər üç ölkənin Qərblə məlum siyasi problemləri proseslərə Rusiya-Türkiyə-İran iradəsi prizmasından yanaşılmasını aktual edir.

Regionun üç qüdrətli dövlətinin Qərbin siyasi ambisiyaları qarşısında dayanması üçün konkret olaraq hansı detallar üzərində işləyəciyinin konturları artıq cızılmaqdadır.

Ancaq bunun qarşılığında Qərbin hansı addımlar atacağı məlum olmasa da, perspektivdə görünən Rusiya-Türkiyə-İran üçlüyünün Qərb tərəfindən parçalama planlarının işə düşəcəyidir. Bu, tarixən də olub və nəticə etibarilə Qərb qazanıb.

Məsələni bir qədər də konkretləşdirsək, hazırda özlərini qorumaq üçün yaxınlaşmaqda olan bu 3 ölkənin hər hansının Qərbdən inandırıcı dəstək alacağı təqdirdə öz fazasını dəyişəcəyi şəksizdir.

Görünən odur ki, hazırda bu 3 ölkə daha çox saata işləmək məcburiyyətindədirlər.

 

Aqşin Kərimov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Qazax yolunda ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 00:31 Gültəkin Hacıbəylinin Avropa İttifaqı və ABŞ diplomatı ilə telefon danışığı yayıldı - VİDEO 20 Oktyabr 2019, 23:59 UEFA “Qarabağ”ı  8 min avro cərimələdi 20 Oktyabr 2019, 23:46 Abşeronda taksi 60 yaşlı kişini vurub 20 Oktyabr 2019, 23:33 Bakıda möhtəşəm konsert - VİDEO 20 Oktyabr 2019, 23:16 Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub 20 Oktyabr 2019, 22:48 ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50