Ermənistan Qarabağa dair mənfur niyyətlərini həyata keçirmək niyyətindədirlər. Modern.az xəbər verir ki, Ermənistan beynəlxalq səviyyəli bütün danışıqların arxasından Qarabağa qayıdış planı hazırlığındadr. Türkiyədəki Əsilsiz Soyqırım İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMED) rəhbəri, doktor Savaş Əyilməz bu barədə maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Ermənistan Qarabağa dair qayıdış planı hazırlayıb və bu sahədə fəaliyyətini tezliklə başa çatdırmaq üçün səylərini gücləndirib.
Əyilməzə görə, Ermənistan Dağlıq Qarabağda ermənilərin sayını 300 minə çatdırmaq istəyir. O qeyd edib ki, ermənilərin çoxdan üzərində işlədikləri “Qarabağa Dönüş Planı” (Return to Artsakh) artıq reallaşdırılmağa başlayıb. “Bir tərəfdən erməni əhalisinin sayı artırılır, digər tərəfdən demoqrafik, həm də mədəni acıdan bölgədə Türklərin tezliklə yox edilməsinə səy göstərilir. 20 mindən azərbaycanlı öldürülüb, 50 mindən artıq azərbaycanlı evlərindən sürgün edilib, 4 mindən artıq isə itkin düşüb. Bundan əlavə, türklərə məxsus qədim məbədlər, məscidlər, məzarlıqların çoxu yox edilib”,-deyə Əyilməz bildirir.
Doktor Əyilməz çox haqlı olaraq qeyd edir ki, Qarabağ ASALA və PKK terror təşkilatları üçün narkotik ticarəti üçün ən önəmli bazaya çevrilib. Bölgənin demoqrafik əsasının dəyişdirilməsi əsasən 19-cu yüz ilin sonu və 20-ci isrin əvvələrində gerçəkləşdirilib və bugünki Ermənistan sərhədləri içərisində yaşayan yüz minlərlə türk bölgədən zorla sürgün edilmiş və ya qətlə yetirilib. Rusların əhalinin siyahıyalma statistikasına görə, 1886-1915-ci illər arasında İrəvanda Türk əhalisi bölgə əhalisinin 40,4 faizini təşkil edib. 1908-ci ildəki digər bir məlumata görə isə bu rəqəm 43,4 faiz təşkil edib. 1909-cu ilin statistikasına görə, bölgədə türklərin sayı 357 mindən artıq olub”.
Modern.az