Modern.az

İŞİD-i İsrail kəşfiyyatı qurub - İDDİA

İŞİD-i İsrail kəşfiyyatı qurub - İDDİA

Dünya

9 Dekabr 2014, 11:37



Rusiya prezidenti Vladimir Putinin köməkçilərindən Aleksandr Proxanov İraq və Suriyada işğallar və qarşıdurmalar reallaşdıran “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının Israilin kəşfiyyat təşkilatı Mossad tərəfindən qurulduğunu söyləyib.

Modern.az saytı bildirir ki, İranın Press TV kanalına açıqlama verən Proxanov İŞİD rəhbərliyinin Mossad tərəfindən kəşfiyyat mövzusunda öyrədildiyini iddia edib. Proxanov bundan başqa, İŞİD-in silahlı qruplarının da Mossad-dan hərbi təlim aldığını irəli sürüb. Rusiya səlahiyyətlisi İŞİD-in ABŞ-ın Orta Şərq siyasətində bir vasitə olduğunu da iddia edib:

“İŞİD ABŞ-ın əlində olan bir vasitədir. ABŞ Avropaya, əgər biz müdaxilə etməsək İŞİD sizə zərər verər deyir”.

Proxanov İŞİD-in əsas hədəflərininsə Rusiya və İran olduğunu iddia edib: “Onlar keçdiyimiz günlərdə Çeçenistanda bizə hücum etdilər. Ayrıca onların ideologiyasında İranda, ya da Orta Şərqdəki digər müsəlman ölkələrdə olan islamçı qruplaşmalarla əlaqəli bir şey tapılmır. ABŞ və İsrail eyni siyasət yürüdürlər və ikisi də İŞİD kimi terrorçu qrupları dəstəkləyirlər”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI