Avqustun 18-də saat 01.15 radələrində Qazax şəhərində, şəhər sakini Eldar Qocayev münaqişə zəminində qonşusu Elxan Vəliyevə deşici alətlə xəsarət yetirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə yerinə polis əməkdaşlarının gəldiyini görən Eldar Qocayev özünə də xəsarət yetirdiyindən xəstəxanaya yerləşdirilib.
Modern.az