Avroliqanın pley-off mərhələsinin “Borussiya” – “Qarabağ” oyununa Almaniyada çox böyük maraq var. Almanlar səbirsizliklə qarşılaşmanı gözləyirlər. Sabah keçiriləcək matça artıq 45 min bilet satılıb. 81 minlik “Siqnal İduna Park” stadionunda beynəlxalq oyunlar üçün 65 min 614 yer ayrılıb. Biletlər matç günü axşama kimi satılacaq.
Stadionun bilet və abonentlər şöbəsinin rəhbəri Mattias Naversnik oyunu 60 min tamaşaçının izləyəcəyini gözlədikləri haqda məlumat verib.
Xatırladaq ki, oyun Bakı vaxtıilə saat 00:05-də başlayacaq.