Modern.az

Qarabağ separatçılarının sponsoru xəstəxanalıq oldu

Qarabağ separatçılarının sponsoru xəstəxanalıq oldu

Dünya

10 Dekabr 2014, 14:45


Bu gün külli miqdarda vəsaitin mənimsənilməsində və çirkli pulların yuyulmasında ittiham olunan erməni biznesmen Levon Ayrapetyan təcili xəstəxanaya yerləşdirilib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, biznesmenin ev dustaqlığı müddətinin uzadılması ilə bağlı Moskvanın Basmannı məhkəməsində bu gün iclas keçirilməli idi. Artıq iclasın onun iştirakı olmadan keçirilməsinə qərar verilib.
Rusiya dövlətinə məxsus “Başneft” şirkətində kütləvi qanun pozuntuları və böyük maliyyə vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı həbs olunan Levon Ayrapetyan Ermənistan və Dağlıq Qarabağa böyük maliyyə vəsaitləri yatırıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi