Modern.az

Litvalı nazir Qubadakı kütləvi məzarlıqda dəhşətə gəlib

Litvalı nazir Qubadakı kütləvi məzarlıqda dəhşətə gəlib

Təhsil

18 Avqust 2010, 15:15

Modern.az saytı xəbər verir ki, Azərbaycanda səfərdə olan Litva nümayəndə heyəti bu gün Quba kütləvi məzarlığında olub. Bu ölkənin parlamentinin komitə rəhbərləri, deputatları və digər rəsmilərindən ibarət nümayəndə heyətinə Litvanın mədəniyyət naziri Arunas Qelunas başçılıq edir.

Səfər barədə Modern.az saytına məlumat verən deputat Fuad Muradov qeyd edib ki, qonaqlar kütləvi məzarlıqda gördüklərindən dəhşətə gəliblər: “Onar belə vəhşiliyin insan tərəfindən törədilməsinə heyrət etdilər. Belə hadisələrin yenidən təkrarlanmaması üçün çalışacaqlarını bildirdilər. Həmçinin ermənilər tərəfindən azərbaycanlıların başına gətirilən soyqırımlarla bağlı xüsusi qrup yaradılacaq və bu qrupun Azərbaycana səfəri fözlənilir”.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə