Modern.az

Soyuq havanın orqanizmə mənfi təsiri hansı xəstəliklərdən xəbər verir?

Soyuq havanın orqanizmə mənfi təsiri hansı xəstəliklərdən xəbər verir?

10 Dekabr 2014, 23:03

Soyuq havanın orqanizmə mənfi təsiri, bədənin soyuğa fərqli reaksiyası konkret hansısa xəstəlikdən xəbər verir. Bəs hansı əlamətlər müşahidə olunduqda həkimə müraciət etməyə tələsmək lazımdır?

Modern.az saytı mütəxəssislərin tövsiyələrini diqqətinizə çatdırır.


1. Soyuq havanın təsirindən nəfəs tutulursa, nəfəsalma çətinləşirsə bunun səbəblərindən biri bronxların iltihabı ola bilər. Bunun üçün tənəffüs orqanlarının müayinəsi vacibdir.

İkinci səbəb ürəyin işemik xəstəliyi ilə bağlıdır. Soyuq hava nəticəsində nəfəs darlığı stenokardiyanın ilkin əlamətlərindəndir. Bu daha çox 45-55 yaşlarında olan kişilərdə müşahidə olunur. Əgər bu əlamətlə yanaşı zəiflik, üzün solğunlaşması, dodaqların göyümtül rəngə çalması da müşahidə olunursa vaxt itirmədən kardioloqa müraciət etmək lazımdır.


2. Əgər soyuq havadan başgişəllənmə baş verirsə bu daha çox baş beyin damarlarının spazmalarının əlamətidir. Bu aterosklerozun başlanmasından xəbər verir.

Soyuqdan başgicəllənmənin daha bir səbəbi soyuğa qarşı allergik reaksiya da ola bilər. Hər iki halda orqanizmdə olan problemin dərinləşməməsi üçün həkim məsləhəti almaq lazımdır.


3. Soyuq hava nəticəsində dəri quruyursa, xüsusilə əllərdə və dodaqlarda kiçik çatlar yaranırsa bu onu göstərir ki, orqanizm yağı həll edən vitaminləri, xüsusilə E vitaminini lazımınca mənimsəmir. Bu adətən həzm sistemində problemlər olduğu zaman baş verir. O cümlədən qaraciyərin fəaliyyətində də problemlər olduqda belə vəziyyətin yaranması mümkündür. Mövcud problemin həlli üçün həkim müdaxiləsi vacibdir.


4. Soyuq havada dirsəklərdə kobud dəri səthinin yaranması immunitetin aşağı düşməsinin, A və B qrup vitaminlərin çatışmazlığının əlamətidir. Bu problemi aradan qaldırmaq üçün qida rasionuna vitaminlərlə zəngin qidaları daxil etmək lazımdır.


5. Soyuq havada geyiminizin isti olmasından asılı olmayaraq üşüyürsünüzsə, əlləriniz soyuqdusa qalxanabənzər vəzin fəaliyyətini yoxlamaq lazımdır. Qalxanabənzər vəzin hormon ifrazında problem varsa bu orqanizmin temperatur mübadiləsinə mənfi təsir göstərir.

Qarşıdan gələn qış fəslini xoş əhvalla qarşılamaq, xoş ovqatla doğmalarınızla birgə qış sevincini yaşamaq istəyirsinizsə sağlamlığınızın qayğısına qalın.

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir