Modern.az

BP Azərbaycanda iş yerlərinin ixtisarına hazırlaşır

BP Azərbaycanda iş yerlərinin ixtisarına hazırlaşır

İqtisadiyyat

11 Dekabr 2014, 11:24

Azərbaycanda iri neft-qaz layihələrinin iştirakçısı olan Britaniyanın BP şirkəti 2015-ci ildə iş yerlərinin məcburi ixtisarı ilə əlaqədar bir milyard dollar vəsait sərf edəcək.

Trend xəbər verir ki, bu barədə "Guardian" BP-nin icraçı direktoru Bob Dadliyə istinadən xəbər verir.

Onun sözlərinə görə, ixtisarlar BP-nin ABŞ, Azərbaycan və Almaniya nümayəndəliklərində aparılacaq.

B.Dadli ixtisarların özüllərdə çalışan əməkdaşlara şamil edilməsi ehtimalının az olduğunu bildirib.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə