Modern.az

Qənirə Paşayeva Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Qənirə Paşayeva Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Təhsil

18 Avqust 2010, 16:47

Azərbaycan-Pakistan dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb. Modern.az-ın məlumatına görə, deputat Pakistandakı təbii fəlakət nəticəsində insan tələfatı ilə bağlı səfirə başsağlığı verib.

Qənirə Paşayeva Pakistanın həmişə Azərbaycana dost münasibət göstərdiyini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini ardıcıl dəstəklədiyini də ifadə edib: “Azərbaycan da həmişə dost-qardaş ölkə kimi Pakistanı dəstəkləyib və Pakistan üçün bu ağır günlərdə də cənab prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Pakistana yardım ayıran ilk ölkələrdən oldu. Cənab prezidentin bu addımı vətəndaşlarımız üçün də gözəl bir örnəkdir”.
Pakistanın səfirliyinin Azərbaycan vətəndaşlarına çağırışını xatırladan Q.Paşayeva Müqəddəs Ramazan ayının ən böyük mənalarından birinin ehtiyacı olanlara yardım etmək olduğunu deyib. Millət vəkili deyib ki, Pakistanda sel fəlakəti nəticəsində ağır vəziyyətə düşən milyonlarla müsəlmana dəstək göstərmək üçün azərbaycanlıların öz yardımını əsirgəməyəcəyinə inandığını bildirib.

Səfir Əbdül Həmid prezident İlham Əliyevin Azərbaycan tərəfindən Pakistana fəlakətin ilk günlərində yardım ayrılmasını yüksək qiymətləndirib və buna görə təşəkkürünü bildirib. Səfir Azərbaycan vətəndaşları və iş adamlarının səfirliyin çağırışına həssas yanaşacaqlarına inandığını da ifadə edib.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva öz əməkhaqqının bir hissəsini Pakistanda təbii fəlakətdən əziyyət çəkən insanlara yardım məqsədilə köçürüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə