Zinada günahlandırılaraq edama məhkum edilən iranlı Sakinə Məhəmmədinin qurtarılması üçün beynəlxalq təşkilatların kampaniyaları ilə yanaşı, Türkiyənin baş naziri Tayyib Tayyip Ərdoğan da hərəkətə keçib. Türkiyə mətbuatının məlumatına görə, Ərdoğan Sakinə Məhəmmədiyə dəstək üçün Xarici İşlər Nazirliyinə göstəriş verib.
Xarici işlər naziri Əhməd Davutoğluna təlimat verən Ərdoğan edamın reallaşmaması üçün nazirdən əlindən gələni etməsini istəyib. Davutoğlu da iranlı həmkarı Manuçöhr Müttəki ilə telefonla əlaqə yaradıb, öz istəklərini bildirib.
Modern.az