Modern.az

Qazaxda seçkiyə hazırlaşan iddialı namizədlərin "savaşı"ı

Qazaxda seçkiyə hazırlaşan iddialı namizədlərin "savaşı"ı

Təhsil

18 Avqust 2010, 19:09

Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca, seçki marafonuna qatılmağa hazırlaşan şəxslərin də kimliyi tədricən məlum olur. 107 saylı Qazax Seçki Dairəsindən «Odlar Yurdu» Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevin namizəd olmağa hazırlaşdığını xəbər vermişdik. Ə.Vəliyevin özü saytımıza açıqlamasın namizəd olacağını istisna etməmişdi.

Aldığımız məlumata görə, bu dairədən daha bir iddialı şəxs namizəd olmaq niyyətindədir -  «Aqrarkredit» qeyri-bank kredit təşkilatı İdarə Heyətinin sədri, «şapka Mamed» ləqəbli Məmməd Musayev. Məlumata görə, yaxın qohumluq və şəxsi münasibəti olan bu iki şəxs Qazaxdan seçkiyə qatılmaqda iddialıdırlar.

Xəbərlərə görə, Əhməd Vəliyevə qarşı təbliğata keçən Məmməd Musayev bütün imkanlarından istifadə etmək niyyətindədir. Məlumatda o da bildirilir ki, universitet rektoru Ə.Vəliyev Məmməd Musayevin namizəd olmasından narahat olaraq onunla görüşüb. Rektorun maliyyəçini məzəmmət etdiyi və qazandığı uğurlarda onun böyük rolu olduğu bildirilir. Məmməd Musayevin Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri vəzifəsinə təyin olunduqda rektordan dəstək aldığı qeyd olunur.

Modern.az-ın əməkdaşı saytımıza verilən məlumatı dəqiqləşdirmək üçün Məmməd Musayevin özü ilə əlaqə saxlamaq istəyib. Amma M.Musayev dəfələrlə etdiyimiz zəngə cavab verməyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə