Modern.az

Türkiyədə özbək imamın müəmmalı qətli

Türkiyədə özbək imamın müəmmalı qətli

12 Dekabr 2014, 18:24

 

Özbəkistanın məşhur imamı Mirzəqalib Həmidovun qətlində şübhəli bilinən Rusiya vətəndaşı Türkiyədə həbs olunub. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekabrın 10-da İstanbuldakı evinin qarşısında odlu silahdan açılan atəş nəticəsində öldürülən Həmidov radikal din xadimlərindən biri sayılıb.

Jurnalistlərə açıqlamasında imamın tələbələrindən biri qatilin imama arxadan atəş açdığını və xəstəxanaya aparılarkən yolda keçindiyini bildirib.

Özbəkistan icmasının rəhbəri Odam Çevik isə Mirzəqalib Həmidova qəsddə Rusiya və Özbəkistan xüsusi xidmət orqanlarını ittiham edib.

Oktyabr ayında youtube-da yayılan video-çarxda imam Özbəkistanda axtarışa verildiyini və Suriyadakı cihaddan geri qayıdan soydaşlarının orada təzyiqlərə məruz qalmasını pisləmişdi.    

 

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu