Modern.az

Gürcüstanın keçmiş daxili işlər nazirinə Ukraynada vəzifə verilir

Gürcüstanın keçmiş daxili işlər nazirinə Ukraynada vəzifə verilir

Dünya

12 Dekabr 2014, 21:57


Gürcüstanın keçmiş daxili işlər naziri Yekatirina Zquladze Ukrayna daxili işlər nazirinin birinci müavini postunda çalışacaq. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda dekabrın 12-də Ukraynanın daxili işlər naziri Arsen Avakov məlumat verib.

“Prezidentə Yekatirina Zquladzeyə Ukrayna vətəndaşlığı verilməsi ilə bağlı müraciət etmişəm. Prezident mənim xahişimi nəzərə alıb. Gələn həftənin birinci günü – prezidentin vətəndaşlıqla bağlı imzalayacağı müfafiq fərmandan sonra Nazirlər Kabinetinə Yekatirina Zquladzenin daxili işlər nazirinin birinci müavini təyinatı üçün müraciət edəcəyəm. Buna çox şadam”, - Ukrayna milisinin başçısı özünün Facebook səhifəsində yazıb.

Zquladze Ukraynanın yeni hökumətində təmsil olunacaq yeganə Gürcüstan vətəndaşı deyiul. Gürcüstanın keçmiş əmək, səhiyyə və sosial müdafiə naziri, Tbilisi Dövlət Universitetinin rektoru Aleksandr Kvitaşvili dekabrın 2-də Ukraynanın səhiyyə naziri təyin olunub.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi