Modern.az

Havanın temperaturu aşağı düşür

Havanın temperaturu aşağı düşür

Təhsil

19 Avqust 2010, 12:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu və yağmursuz keçəcəyi, şimal küləyinin əsəcəyi, yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 24-26, gündüz 35-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 20-də hava şəraiti dəyişkən buludlu və yağmursuz keçəcək, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-25, gündüz 35-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 21-də hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi, şima-şərq küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 22-24, gündüz 33-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Avqustun 19-da hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 36-38, bəzi yerlərdə 40, dağlarda isə gecə 14-19, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Avqustun 20-21-də hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin avqustun 21-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 35-37, bəzi yerlərdə 40 (avqustun 20-də), dağlarda isə gecə 14-18, gündüz 25-30 dərəcə isti olacaq.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə