Modern.az

Ukraynada döyüşən osetinlər geri qayıdırlar - FOTOLAR

Ukraynada döyüşən osetinlər geri qayıdırlar - FOTOLAR

12 Dekabr 2014, 23:52

Ukraynanın şərqindəki hərbi əməliyyatlarda “Vostok” batalyonunun tərkibində vuruşan osetin könüllüləri Donbası tərk etmək qərarına gəliblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Şimali Osetiyadan olan Alan Mamiev bəyan edib. Onun sözlərinə görə, Donetsk və Luqanskdakı könüllülər vətənlərinə qayıdırlar. Batalyonda döyüşənlərin bir hissəsi artıq evlərinə qayıdıb”.

O, qeyd edib ki, Donetskdə tək-tək osetin döyüşçü qalıb: “Bunlar Donetsk ordusunun tərkibində müqavilə ilə xidmətlərini davam etdirmək arzusunda olduqlarını bildirənlərdir”.

Dekabrın 10-da qondarma Cənubi Osetiya Respublikasının “prezidenti” Leonid Tibilov osetin könüllülərinə geri qayıtmaları üçün müraciət edib. Onun fikrincə, osetin döyüşçülərin missiyası başa çatıb. Bununla belə, separatçı respublikanın rəhbəri Ali Baş Komandan kimi könüllülərin Donbasda döyüşməsi üçün əmr vermədiyini bəyan edib.

“Vostok” batalyonu may ayında qondarma Donetsk Xalq Respublikasının tərəfində döyüşmək üçün yaradılıb. Donetskdə məskunlaşan batalyonun təxminən 2 min üzvü olduğu bildirilir. Onun tərkibinə keçmiş yerli güc strukturlarının (“Alfa”, “Berkut”) əməkdaşları, eləcə də Rusiyadan (əksəriyyəti Qafqazdan) olan könüllülər daxil olublar. Batalyonun formalaşdırılmasına Donetskdəki “Alfa” xüsusi təytinatlı dəstəsinin keçmiş komandiri Aleksandr Xodakovski rəhbərlik edib.









Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir