Modern.az

Terror təşkilatlarının gəlirləri – SİYAHI

Terror təşkilatlarının gəlirləri – SİYAHI

13 Dekabr 2014, 10:48

 

Bu gün dünyaya səpələnən terror təşkilatlarının hansı yollarla maliyyə resurslarına malik olmaları haqqında az-çox məlumatımız var. Əsasən din pərdəsi altında qruplaşan terrorçular məzhəb ayrıseçkiliyini daha da qızışdırmaqla dünyanın müxtəlif yerlərində iri terror hadisələri həyata keçirirlər.

Bu gün radikal terror təşkilatları sırasına qısa zamanda qoşulan “İslam Dövləti” (əvvəlki adı “İraq Şam İslam Dövləti” – İŞİD)  dünyaya meydan oxuyur. Dövlətlərin təhlükəsizlik tədbirlərini gücləndirmələrinə baxmayaraq, istənilən terror təşkilatına qarşı aparılan mübarizə effektiv nəticə verməyib.

İŞİD radikal terror qruplaşması yeni gündəmə gəlsə də, tarixi 12 il əvvələ gedib çıxır. Düzdür, 12 il bundan əvvəl dünya cəmiyyəti İŞİD terroru haqda ətraflı bilgilərə malik deyildi. Amma, Suriya və İraqda İslam Dövləti kimi tanınan kiçik qrup mövcud idi.

O cümlədən, İŞİD, “Taliban”, “Əş-Şabab”, “Boko Haram”, “Əl-Nusra” kimi terror təşkilatlarının hansı yollarla maliyyə vəsaitlərinə sahiblənməsi maraqlıdır. Çünki bu cür terror təşkilatları müxtəlif silah-sursatlarla təchiz olunur. Həmin silahlara hansı yollarla sahib olmaq üçün maliyyə vəsaitlərinin olması zəruridir.

Modern.az saytı BBC-yə istinadən xarici mətbuata istinadən terror təşkilatlarının maliyyəsi ilə bağlı araşdırmanı təqdim edir:

 “Cihad” çı terror qrupları necə maliyyələşir?

İŞİD-in maliyyə vəsaiti 2 milyard ABŞ   dolları təşkil edir. Əsasən, gəlir neft rüsumundan və vergi sahəsindən əldə olunur.

“Taliban”ın maliyyə vəsaiti 400 milyon ABŞ dolları təşkil edir. Donorlar və narkotik maddələr əsas qazanc mənbəyidir.

“Əş-Şabab”ın maliyyə vəsaiti 100 milyon ABŞ dolları təşkil edir. Kömür və vergi sahəsi əsas gəlir mənbəyidir.

“Boko Haram” əsasən pul oğurlamaqla qazanc əldə edir. 

 Yeni reallıqlar

Həmçinin, dünya ictimaiyyəti yeni reallıqla üz-üzə qaldığını danmır. Bu gün İŞİD radikal qruplaşması dünyanın diqqət mərkəzindədir. Təbii ki, İŞİD-in maliyyə bazasını neft, vergilər, soyğunçuluq, hədə-qorxu yolu ilə pul əldə etmək təşkil edir.

İŞİD İraqda, Suriyanın şəhərlərində yanacaq tədarükünə nəzarət edir

Nigeriyada “Boko Haram” qruplaşması hökuməti devirmək və İslam dövləti yaratmaq üçün mübarizə aparır   O cümlədən Hizbullah kimi terror təşkilatına dövlət dəstəyi davam etməkdədir.   Hətta, ABŞ-ın keçmiş müdafiə naziri  Çak  Hegel  terror təşkilatlarının maliyyə məsələlərinə toxunarkən “bütün terror qrupları çox yaxşı maliyyələşir. Bu da terror qrupunun çərçivəsindən kənara çıxır”-deyib.

NARKOTİKA

İŞİD nəzarət etdiyi ərazilərdə narkotik vasitələrə xüsusi diqqət yetirir. Hətta, müsəlmanları ərzaq tədarükü ilə təmin edən terror qruplaşması bu sahənin zənginliyinə diqqət edir.

“Əş-Şabab” terror təşkilatı isə Şərqi Afrikada güclü təhlükə olaraq qalır. Bu terror dəstəsi də narkotik vasitələrdən pul qazanır.

O Cümlədən "Əş-Şabab"ın  daha bir maliyyə vəsaiti var. Biznes, şəxsi və nəqliyyat sahələrindən vergi mənimsəyir. Ona görə də, "Əş-Şabab  terror təşkilatı həm ərazilərə, həm də əahliyə  nəzarət edir, əvəzində isə bəzi xidmətlərin, o cümlədən vergilərin artırılmasını tələb edir.                                

Girov ticarəti

Terror təşkilatlarının gəlirli sahələrindən biri də ticarətin girov növündən məharətlə istifadə etməkdir. Pul əldə etmək məqsədilə adam oğurluğunu həyata keçirən terror qruplaşmaları bu yolla vəsaitlərini artırırlar.

2011 və 2013-ci illər arasında “Əl-Qaidə” Ərəbistan Yarımadasında adamları girov götürmək yolu ilə əldə etdiyi gəlir 20 milyon ABŞ dolları dəyərində olub.

BMT girov ticarəti ilə bağlı bu yaxınlarda açıqlama edib. Belə ki, BMT 2004-2012-ci illər ərzində terrorçu qrupların 120 milyon ABŞ dolları əldə etdiklərini qeyd edib.

Ümumiyyətlə, terror təşkilatlarının əsas gücü məhz bu yollarla pul əldə etməkdir.

Namidə BİNGÖL    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub