Modern.az

Fuad Muradov aztəminatlı ailələrin uşaqları üçün “Qış Düşərgəsi” təşkil edib - FOTO

Fuad Muradov aztəminatlı ailələrin uşaqları üçün “Qış Düşərgəsi” təşkil edib - FOTO

13 Dekabr 2014, 11:03

Milli Məclisin deputatı Fuad Muradov hər il olduğu kimi bu il də seçildiyi Səbail rayonunun az təminatlı ailələrinin uşaqları üçün növbəti qış düşərgəsi təşkil edib. Modern.az xəbər verir ki,   30 nəfərin qatıldığı düşərgədə gənclər asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif oyunlar, intellektual yarışmalar  keçirəcəklər. Düşərgənin əsas məqsədi yeni il ərəfəsində gənclərə asudə vaxtın səmərəli təşkili üçün şərait yaratmaq və aktual mövzular haqqında müzakirə aparmaqdır.

Bu il təşkil olunan düşərgənin mövzusu “Mənim Qəhrəmanım” seçilib. Düşərgə zamanı iştirakçılara Azərbaycanın milli qəhrəmanları, Azərbaycan tarixi, milli atributlar barədə təlimlə keçiriləcək. Bundan başqa uşaqlara 2015-ci ildə Bakıda keçirləcək Avropa Oyunlarınd könüllülük imkanları barədə geniş məlumat veriləcək.

Qış Düşərgəsi çərçivəsində deputat Fuad Muradovun iştirakı ilə futbol yarışının keçirilməsi nəzərdə tutulub.

12 dekabrda açılan düşərgə bu ayın 14-nə qədər davam edəcək.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır