Modern.az

Daha bir yol bağlandı

Daha bir yol bağlandı

13 Dekabr 2014, 11:41

 

Bu gün Bakı şəhərində təmir işlərinin aparılması ilə əlaqədar daha bir avtomobil yolu bağlanıb.

Modern.az saytı xəbər verir ki, məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb. Məlumata görə Atatürk prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən Ayna Sultanova parkı istiqamətində Məmməd Araz küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.  

Təmir işlərinin iki gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bununla əlaqədar sürücülər alternativ olaraq Koroğlu Rəhimov küçəsindən istifadə edə bilərlər.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır