Modern.az

Girovlara məhkəmə-şou qurmaqla Qarabağa getmək istəyən azərbaycanlıları qorxutmağa çalışırlar

Girovlara məhkəmə-şou qurmaqla Qarabağa getmək istəyən azərbaycanlıları qorxutmağa çalışırlar

13 Dekabr 2014, 12:51


Bu ilin yayında öz ata-baba qəbirlərini ziyarət etmək üçün Kəlbəcərə gedən Şahbaz Quliyev və Dilqəm Əsgərov Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb.

Girovların azad olunması üçün Azərbaycan ictimaiyyətinin beynəlxalq təşkilatlara dəfələrlə müraciət etməsinə baxmayaraq, bu günə kimi beynəlxalq qurumlardan reaksiya gəlməyib.

Bu qurumlar özlərini məsələdən xəbərsiz kimi aparırlar. 

Şahbaz Quliyev və Dilqəm Əsgərovun öz doğma yurdlarına getməsi düşmən tərəfədə ciddi əndişə yaratdı. Hətta Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirdiyi ermənilər müvəqqəti məskunlaşdıqları bölgələri tərk etməyə başladılar.

Azərbaycanda isə tam əks ab-hava yarandı.

Keçən illər işğal olunmuş Azərbaycan torpaqlarını Azərbaycan insanından psixoloji cəhətdən xeyli uzaqlaşdırsa da, Şahbaz Quliyev və Dilqəm Əsgərov məsələni tanan başqa fazaya keçirdilər.

Hər bir azərbaycanlı işğal altında olan torpaqlara getməyin çətin olmadığını anladı.

Şahbaz Quliyev və Dilqəm Əsgərovun öz doğma yurdlarına getmələrinin belə nəticə verəcəyini hesablamayan düşmən indi onlara məhkəmə-şou düzəltməklə iki məqamda uduzduqlarını sığortalamaq istəyir: öz doğma torpaqlarına getmək istəyən azərbaycanlılarda xof yaratmaq, Azərbaycan ərazilərində məskunlaşdırılan ermənilərin həmin yerlərdən qaçmasının qarşısını almaq. 

Amma düşmən buna nail ola bilməyəcək. Çünki hamı Şahbaz Quliyev və Dilqəm Əsgərovdur.

Keçmiş yüksək rütbəli hərbçilərdən biri Modern.az-a mövzu ilə bağlı maraqlı açıqlama verib: “Mən o insanları başa düşürəm. İnsanı doğulduğu yer hər zaman çəkir. Eyni zamanda ölkəmizin ərazi bütövlüyününün pozulması ilə heç birimiz razılaşa bilmərik. Ancaq atdığımız addımlarla dövlətimizə əlavə problemlər də yaratmamalıyıq”.

Keçmiş döyüşçü bugünkü gənclərə üzünü tutaraq maraqlı mesajlar verib: “Burdan demək istəyirəm ki, özünüzü aldatmayın. Düşmən min oyuna girəcək. Onlar sizin varlığınızı qəbul etmir. Dövlətin qiymətini bilin. Əsas budur. Atatürk deyib ki, şəhid əsgər, yaralı qoca, namusuna sulanmış göz, öldürülmüş uşaq-bunların hamısı müharibənin qurbanıdır. Bunu anlamaq lazımdır. Dövlətinizi sevin!”.

 Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir