Modern.az

“İqtidar-müxalifət görüşünə dəvət olunmamağımın səbəbini bilmirəm”

“İqtidar-müxalifət görüşünə dəvət olunmamağımın səbəbini bilmirəm”

13 Dekabr 2014, 13:08


“İqtidar-müxalifət dialoquna Ədalət Partiyası dəvət olunmayıb”. Bunu Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov deyib:

“Bu gün keçirilən görüşdə bəzi müxalifət partiyaları Prezident Administarsiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla göüşüb. Həmin görüşdə mən iştirak etmirəm”.

“Niyə görə dəvət olunmamısınız” sualına partiya sədri belə cavab verib:

“Bu barədə heç nə deyə bilmərəm. Görüşün keçiriləcəyindən xəbərim olsa da, partiya sədri olaraq,  niyə dəvət olunmamağımın səbəbini bilmirəm. Hər halda, bunu qarşı tərəfdən soruşmaq lazımdır. Ən yaxşısını onlar bilir”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir