Modern.az

Türkiyədən rəsmi AÇIQLAMA: “Rusiyaya görə Azərbaycanı itirmək istəmərik”

Türkiyədən rəsmi AÇIQLAMA: “Rusiyaya görə Azərbaycanı itirmək istəmərik”

13 Dekabr 2014, 13:55

“Türkiyə qonşuluğunda yerləşən dövlətlərə  və digər region ölkələri ilə sülh şəraitində yaşamağın tərəfdarıdır. Amma Türkiyənin “olmazsa olmaz” xarici siyasi prinsipləri var. Məsələn, Türkiyənin Azərbaycanı gözardı etməsi heç bir şəkildə müzakirə mövzusu ola bilməz”.

Bunu Modern.az saytına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Aparat rəhbəri Mustafa Kabakçı deyib.   Mustafa Kabakçı Rusiya ilə Türkiyənin enerji sahəsindəki yaxınlaşması və bunun Azərbaycanın TANAP layihəsindəki iştirakını zəiflədəcəyi barədə iddialara münasibət bildirərkən qeyd edib ki, rəsmi Ankara bütün qonşu dövlətlərlə əlaqələrini möhkəmlətmək niyyətindədir.  

Türkiyə parlamentinin rəsmisi qeyd edib ki, bu siyasət bölgə dövlətlərinin də maraqlarına cavab verir.  

TBMM təmsilçisi Türkiyənin qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı Ermənistanın və erməni lobbisinin təxribatlarının qarşısını alma istiqamətindəki atacağı addımlardan da söz açıb.

Onun sözlərinə görə bütün türk dünyası erməni provakasiyasına qarşı birləşməli və Türkiyəyə dəstək verməlidir. Türkiyə erməni təxribatına qarşı istənilən tədbirləri görməyə hazırdır.  

TBMM Aparat rəhbəri uydurma erməni soyqırımına qarşı Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin zəruriliyini də vurğulayıb:

“Bu gün haqsızlıqlardan danışmaq lazımdır. Ermənistan etdiyi haqsızlıqlardan danışmaq əvəzinə işğal etdiyi Azərbaycan torpaqlarını özününküləşdirmək istəyir. Ermənistan bu gün işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistan BMT Təhlükəsizlik Şurasının qərarlarını icra etməlidir. Uydurma erməni soyqırımı ilə bağlı təxribatlara qarşı Azərbaycan və Türkiyə təbii ki, birgə fəaliyyət göstərəcək. Çünki biz bir millət iki dövlətik. Ümumiyyətlə bütün türk dünyasının bu qara piara qarşı birləşməsi daha effektiv olardı”,-deyə Mustafa Kabakçı söyləyib.  

Aqşin Kərimov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır