Modern.az

İbrahim Tatlısəsin dodaq uçuqladan mülkiyyəti - SİYAHI

İbrahim Tatlısəsin dodaq uçuqladan mülkiyyəti - SİYAHI

14 Dekabr 2014, 01:09


İbrahim Tatlısəs bir neçə gün öncə mediada yer alan "sərvəti dodaq uçuklatan tanınmışlar” siyahısında adının birinci yerdə gəlməsinə əsəbiləşib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, siyahıdakı məlumatların yanlış olduğunu irəli sürən Tatlısəs mal varlığını yazılı olaraq açıqlayıb.

İbrahim Tatlısəsin mülkiyyəti

Seyrantepedə kabab zalı,

TV binası,

Tatlısəs Şirkətlər Qrupu binası,

By Tatlısəs geyimin sexi və mağaza,

Demirciköy Alarko səmtində bir villa,

Seyrantepe OYAK səmtində 3 mənzil,

Şanlıurfada 1 mənzil,

Şanlıurfada 3 hektar torpaq,

İzmir Narlıdere Folkart Evlərində 1 mənzil,

Hadımköy Günişığı malikanələrində bir villa,

1 ədəd kater,

2 ədəd sürət mühərriki,

2 ədəd “Mercedes” markalı avtomobil,

3 ədəd “Jeep”,

1 ədəd “Limuzin”,

20 dənə şirkət vasitəsi,

Bodrum Bitezde 48 mənzilli Tatlısəs Paradıse apartmanı və içində bir villa,

Bodrum Bitezde 26 otaqlı Golo Beach Hotel,

Bodrum Bitezde 6.5 hektar torpaq sahəsi,

Kuş adasında 6 mərtəbəli 157 otaqlı 314 yataqlı Tatlısəs Otel,

İstanbulda 5 kabab zalı,

Peyk kanalı və d-smart yayımda olan TV kanalı,

Bir çox rayonda milli yayım aparan Temp TV.

Tatlısəs deyir bankda pul saxlamır: “Bəzi gün gəlirim 5-6 milyon dollar və ya 5-6 min lirə olur. Bəzi gün isə gəlirim 5 dollar  və ya 5 lirə olmaz. Bəzilərinin “vay, sənətkarların sərvətləri dodaq uçukladır” dediyini oxuyuram!
Mən bu günə qədər dövlətimdən beş qəpik almamışam, almaram da. Əgər dövlətim bunların hamısı bizə lazımdır deyərsə, gözümü qırpmadan bir imza ilə verməsəm, məndən şərəfsiz olmasın!
Hələlik qarnımız doyur. Övladlarım aç deyil. 600-ə yaxın insan mənimlə birlikdə bu iş yerlərindən evlərinə çörək aparır! Bundan başqa, sizlər mənimlə birlikdə qazana bilmədiniz! Necə qazandığımı bir mən, bir də yaradan bilir. Sizlər nəyin hökmünü kəsirsiniz!
Bunların hamısını Allahın mənə bəxş etdiyi səslə qazandım. Hamısı, alnımın təri ilə qazanılıb. Bəzilərinizin sərvəti mənim və digər sənətçi dostlarımın sərvətindən ikiqat çoxdur”.

İbrahim Tatlısəsin mükünün bir hissəsini hazırda satışdadır. Bunlar Demirciköydəki villa, Kuşadasındakı otel, Bodrumdakı Apart Hotel və milli yayım aparan Temp TV-dir.

”Dördü üçün də hazırda bəzi alıcılarla görüşürük. Bunlar satıldıqdan sonra Seyrantepedəki 1.5 hektar torpaq sahəsinin üzərində 150 otaqlı bir otel inşa etməyi planlaşdırırıq”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi