Arxiv
15 Dekabr 2014, 12:34 | AKTUAL
Qarabağ həsrətli Qarabağ atı

Söz Azadlığını Müdafiə Fondunun eksperti  
                                                     
Bu gün mənim dənizimdi Qarabağ düzü
Kəhər atın tozanağı “Doqquzuncu val”.     
Məmməd Araz

Ölməz şairimiz Məmməd Araz dünya miqyaslı Qarabağ cins atlarının spesifik çalarlarını özündə əks etdirən bu poetik nümunəni qələmə alanda bizim Qarabağ adlı münaqişə-müharibə ocağımız yox idi. Hələ tarixən dünyanın nüfuzlu dövlət xadimlərinin, zəngin adamlarının diqqətini cəlb eləmiş Qarabağ atları elə öz doğma məkanlarında – ucsuz-bucaqsız örüş sahələrində, Cıdır düzü ətrafında yetişdirilirdi. Cinsin özəlliklərini qorumaq üçün Ağdamda at zavodu da yaradılmışdı. Amma əsas qaçağan atlar yenə də füsunkar, bərəkətli, dəmyə Qarabağ torpaqlarında yeyib oynaqlaya-oynaqlaya təbii şəraitdə böyüyən cinslərdən yetişirdi. Elə kralların, çarların, zadəganların, tacirlərin diqqətini çəkən də təbii şəkildə böyümüş atlar olmuşdu. İngilis kraliçasının, fransızların Qarabağ atlarını ya hədiyyə, ya da satın almaqla öz ölkələrinə apardıqları barədə xeyli faktlar mövcuddur.

...Məmməd Araz Qarabağ atının şöhrətini, fədakarlığını görün hansı məqamlarla müqayisədə abidələşdirib. Dünyaca tanınmış rəssam Ayvazovskinin “Doqquzuncu val” əsərini yəqin ki, görənlər var. Vahiməli bir səhnədi. Qasırğa nəticəsində gəminin suya batdığını görən bütün heyət və sərnişinlər çaşqınlıq, dəhşət içərisindədirlər. O zamanın gəmisində isə təbii ki, yalnız bir dor ağacı var. Batan gəmidəki bütün insanlar o bircə dor ağacına can atır xilas üçün... Şair də Qarabağ atının dırnağından qopan tozanağı həmin o vahiməli səhnə ilə müqayisə edib və gözəl bir bənzətmə - oxucunun diqqəti önündə qorxulu da olsa, süjetli bir mənzərənin yaranması ilə sonuclayıb. Azərbaycanlı oxucu bu səhnəni gözləri önündə canlandırdıqdan sonra ani olaraq yuxudan ayılırmış kimi söhbətin Qarabağ atının tozanağından getdiyinin fərqinə varır və o müdhiş səhnəni tez unudaraq xüsusi fəxarət hissləri altında daxilən yüngülləşir. Qarabağ atının yaratdığı tozanaq xeyirədi, cıdırlaradı, xoş xəbər müjdəçisidi və s.

...Bu mövzunu yazı üçün hədəfləyəndə Qarabağ atlarının tarixi və müasir nailiyyətləri, ümumən qorunub-saxlanma tarixilə ilgili faktlara kiçicik bir ekskurs etdim. Aydınlaşdırdım ki, “Qarabağ atı adıçəkilən ərazilərdə yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. Daha qədimlərdə sadəcə yük, minik və qoşqu heyvanları kimi saxlanılan bu at cinslərinin XVII-XVIII əsrərdə Qarabağ xanlığı tərəfindən təkmilləşdirilməsinə başlanılır. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Ən yaxşı atlar Şuşa-Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılıb. Bu cinsdən olan atlar zaman-zaman böyük və daim dünyanın siyasi-iqtisadi-mədəni düzənini idarə edən ölkələrinə, daha sonralarsa Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına aparılıb. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları xüsusi yer tutur”.


Qarabağ atlarının göstəriciləri ilə bağlı bəzi məlumatları da qeyd edək. Bu cins yüksək qaçış sürəti ilə seçilir. Onların hələlik rekord sürəti 2400 metr məsafəni 2 dəqiqə 52 saniyəyə (50.23 km/saat) qaçmaqla qeydə alınıb. Bu isə atçılıqda dünya rekorduna çox yaxın bir rəqəmdir. Bu atlar adi yüyrək yerişlə saatda 8 kilometr məsafədən çox yolu qət edirlər.

...19 noyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” sərəncam imzalayıb. Sərəncamda vurğulanıb ki, “Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın”.
Cinsin qorunması naminə atılmış bu addım hansı göstəricilərə gətirib çıxaracaq, bunu yaxın zamanlar göstərəcək. Amma Qarabağ atını Qarabağsız yetişdirmək mümkün olacaqmı?!

...Bu gün Qarabağ çölləri bu atı çox intizarla gözləyir. Elə Qarabağ atları da o doğma yurdlarının və çöllərinin həsrətindədir ki, təbii şəraitdə yetişib dünya atçılıq meydanlarında cövlana gəlsinlər. Qaçış və yarış qaydalarını özünün Şuşadakı “Cıdır düzü”ndə mənimsəyəndən sonra...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray”  doğma meydanda məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2019, 00:57 Əsəddən Ərdoğanla Putin razılaşmasına dəstək gəldi 23 Oktyabr 2019, 00:45 AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı 23 Oktyabr 2019, 00:39 Hacıqabulda qadın yük maşınının altında qaldı 23 Oktyabr 2019, 00:27 Gəncədə 17 yaşlı gənc qətlə yetirildi 23 Oktyabr 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 22 Oktyabr 2019, 23:51 Parlament "Brexit" haqqında yeni qanun qəbul etdi 22 Oktyabr 2019, 23:38 NATO Türkiyəyə qarşı çıxmayacaq 22 Oktyabr 2019, 22:57 Rusiya televiziyası İlham Əliyevin tələbə biletini nümayiş etdirdi - FOTO 22 Oktyabr 2019, 22:34 "Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb"  - ŞƏRH 22 Oktyabr 2019, 22:19 Ərdoğanla Putin bu məsələlərdə razılaşdı - VİDEO 22 Oktyabr 2019, 21:59 "Qarabağ" - APOEL matçına 25 min bilet satılıb 22 Oktyabr 2019, 21:41 Qarabağ əlilləri, veteranları və şəhid ailələrindən Prezidentə DƏSTƏK 22 Oktyabr 2019, 21:33 “Mövqeyimizi ortaya qoymalıyıq” – Eldar İbrahimovdan  həmkarlarına və YAP-çılara çağırış 22 Oktyabr 2019, 21:18 Müdirlərə qadın katibə rəsmən qadağan olundu 22 Oktyabr 2019, 21:01 Bələdiyyə sədri həbs edildi 22 Oktyabr 2019, 20:44 Prezidentdən Baş Nazirin yeni müavininə TAPŞIRIQ: “İnhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır” 22 Oktyabr 2019, 20:28 ABŞ səfirliyi cavab verdi:  “Yalandır və absurddur”  22 Oktyabr 2019, 20:16 Milli Park ərazisində ceyran ovlayanlar saxlanıldı 22 Oktyabr 2019, 20:01 Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20