Modern.az

Türkiyə ilə Avropa Birliyi arasında QALMAQAL böyüdü

 Türkiyə ilə Avropa Birliyi arasında QALMAQAL böyüdü

15 Dekabr 2014, 23:05

Dekabrın 14-də Türkiyə hüquq mühafizə orqanlarının Fətullah Gülən camaatına məxsus məxsus dövlət içərisində “paralel təşkilatlanma”ya qarşı apardığı əməliyyatlar çərçivəsində jurnalistlərin həbs edilməsi Qərb siyasi təsisatlarının ciddi reaksiyasına səbəb olub. Ötən gün Avropa Birliyi və ABŞ Dövlət Departamenti Türkiyədəki həbsləri tənqid edən açıqlama veriblər.

Bu gün isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “paralel yapılanma” məsələsində tutduğu mövqeyə görə Qərbə qarşı bəyanat səsləndirib. Bu isə Avropa Birliyi və Türkiyə hökuməti arasında böhranı bir az da dərinləşdirib.                          

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini Rəcəb Tayyib Ərdoğanın fikirlərinə münasibət bildirib. Avropa İttifaqının rəsmi nümayəndəsi qeyd edib ki, Ərdoğanın açıqlamasında təəccüblənib. Ötən həftə Türkiyəyə səfərini xatırladan Federico Mogherininin sözlərinə görə türk nazirlərlə görüşdə Türkiyənin Avropa Birliyinə üzvlüyü daha çox  insan hüquq və azadlıqlarının təməl prinsiplərinə riayət edilməsindən keçdiyi vurğulanıb.

Qeyd edək ki, Avropa Birliyi ölkələrinin bu həftənin cümə axşamı və cümə günləri təşkil ediləcək Zirvə görüşündə təşkilata üzv dövlətlərin liderləri tərəfindən Türkiyəyə qarşı atılacaq addımların sərtləşdirilməsi məsələsinin gündəmə gələcəyi gözlənilir.  

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan  Avropa Birliyinin ötən gün rəsmi Ankaranı media azadlığı ilə bağlı məsələdə tənqid etməsinə belə reaksiya verib:

“Hər hansı addım atmamış Avropa Birliyindən biri çıxıb açıqlama verir. Sən bu açıqlamanı niyə görə verirsən? Nə bilirsən? 50 ildir bu ölkəni Avropa Birliyinin qapısında gözlədənlər görəsən atılan bu addımın nə olduğunu bilir? Avropa İttifaqının Türkiyəni üzvlüyə qəbul edib-etməyəcəyi ilə bağlı bir dərdimiz yoxdur. Lütfən öz ağlınızı özünüzə saxlayın”.

Aqşin Kərimov


Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi