Modern.az

Məşhur futbolçu televiziya aparıcısı olacaq

Məşhur futbolçu televiziya aparıcısı olacaq

16 Dekabr 2014, 12:39



Fransalı futbolçu, 37 yaşlı Tyerri Anri idman karyerasını yekunlaşdırır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o 2015-ci ildən Britaniyanın “Sky Sports” televiziya kanalında aparıcı kimi çalışacaq.
“Mən xoşbəxtəm, idmanda son dərəcə əla yolum olub, çox sayda sevindirici xatirələrim var. İndi isə mənim həyatımda yeni yol başlayır, bu da maraqlıdır. Mən ən yaxşı klublarda oynamışam, indi isə özümü televiziyada sınamaq istəyirəm”, - Anri deyib.

Tyerri Anri Avropa və dünya çempionu, UEFA Liqa çempionatın və Fransa, İngiltərə, İspaniya çempionatlarının qalibidir, o, Konfederasiya Kubokunu da qazanıb. Anri “Yuventus”, “Monako”, “Arsenal”, “Barselona” kimi klublarda hücumçu və yarımmüdafiəçi kimi oynayıb, hazırda ABŞ-ın “Nyu-York Red Bullz” klubunda çıxış edir.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır