Modern.az

Türkiyə 131 nəfərin ölümünə görə matəm élan etdi

Türkiyə 131 nəfərin ölümünə görə matəm élan etdi

16 Dekabr 2014, 23:14


Türkiyə Cümhuriyyəti Pakistanda baş vermiş terror hadisəsi ilə bağlı bir günlük matəm elan edib.

Modern.az saytı Anadolu Agentliyinə istinadən xəbər verir ki. Türkiyənin baş naziri Əhməd Davudoğlu bununla bağlı qərarını élan edib.
 Türkiyə hadisənin nəticələrinin aradan qaldırılması üçün Pakistana köməyini də təklif edib. Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvar şəhərində “Taliban” yaraqlılarının hərbi məktəbə hücumu nəticəsində 131 nəfər həlak olub, onların azı 100 nəfəri uşaqdır. 120 nəfər isə yaralanıb. Hücum vaxtı məktəbdə 500-dən artıq müəllim və şagird olub.

Son məlumata görə, altı terrorçunun zərərləşdirilməsi ilə bağlı əməliyyat başa çatıb, onların hamısı məhv edilib.

Əməliyyatı Pakistanın baş naziri Nəvaz Şərif və ölkənin hərbi komandanlığının yüksək səviyyəli nümayəndəsi general Raxil Şərif izləyib. Bu haqda Pakistan hərbi komandanlığı məlumat yayıb.

Məlumatda deyilir ki, əvvəl məktəbdə üç güclü partlayış olub. Sonra terrorçuların hücumu başlayıb. Fasilələrlə 15 partlayış baş verib, bunun da nəticəsində məktəbin binası demək olar ki, tamamilə dağılıb.


 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır